Cümə , Aprel 19 2024
azfa

Əbülfəz Elçibəy doğum günündə anıldı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün çox sayda azərbaycanlı Azərbaycan Milli Hərəkatının lideri Əbülfəz Elçibəyi məzarı başında andı.

Bu məqsədlə çox sayda Elçibəysevər Fəxri xiyabana toplaşıb və Əbülfəz Elçibəyi anıblar.

Qeyd edək ki, Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev) 24 iyun 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib.

1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.Tulunilər dövləti (868-905)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). ADU-nun “Asiya və Afrika ölkələri tarixi” kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975). 1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adı ilə həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edilir. Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalır. 1976-cı ilin dekabrında Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrinə qədər yüksəlir. Azərbaycanda milli düşüncəli gənclərin, ziyalıların ideoloji rəhbəri olan Əbülfəz bəy 1989-cu ilin 16 iyulunda yaradılmış Azərbaycan Xalq Cəbhəsi İdarə Heyətinin sədri seçilir. Müstəqillik və demokratiya uğrunda hərəkata rəhbərlik edən Elçibəy 1992-ci ilin 7 iyununda Azərbaycan Respublikasının Prezidenti seçilir. Qısa zaman ərzində onun rəhbərliyi ilə bir sıra uğurlu islahatlar həyata keçirilir. Ali məktəblərə qəbul imtahanlarında test üsulunun tətbiq edilməsi, rus qoşunlarının Azərbaycandan çıxarılması, milli valyutanın dövriyyəyə buraxılması Elçibəy hakimiyyəti dövründə mümkün olur. 1993-cü ilin 4 iyununda Gəncədə baş vermiş hərbi qiyamdan sonra Xalq Cəbhəsi hakimiyyəti devrilir.

Elçibəy vətəndaş qarşıdurmasına yol verməmək üçün Bakını tərk edib Kələki kəndinə gedir. 1997-ci ildə Bakıya qayıdan Elçibəy vətəndaş sülhü ideyası ilə çıxış edir. Onun qayıdışı ilə ictimai-siyasi proseslərdə canlanma yaranır. Müxalifət güclənir, milli təşkilatlar aktivləşir. Elçibəy Güney Azərbaycanda gedən milli mübarizəyə, ana dili və milli kimlik uğrunda mübarizəyə böyük dəstək verir, Bakıda yaşayan güneyli millətçilərə, siyasi fəallara himayədarlıq edir.

Lakin amansız xəstəlik böyük siyasət adamını həyatdan erkən apardı. Qəlbi vətən eşqi ilə çırpınan böyük mücahid 2000-ci ilin 22 avqustunda müalicə aldığı Türkiyənin Ankara şəhərindəki Gülhanə Tibb Akademiyasında vəfat etdi və Fəxri xiyabanda dəfn olundu.

 Elçibəyin doğum günü-24 iyun hər il Quzey və Güney Azərbaycanda, Türkiyədə, Şimali Kiprdə və türklər yaşayan əksər ölkələrdə qeyd olunur.

Həmçinin yoxlayın

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

Bir cavab yazın