Şənbə , Aprel 20 2024
azfa

Əhalini koronavirusa bulaşdıran molla rejimi heç bir şəhəri karantinə almayacağını deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, əhalini koronavirusa bulaşdıran molla rejimi heç bir şəhəri karantinə almayacağını bildirməklə dünya ictimaiyyətini qorxuya salıb.

İrqçi fars rejimin prezidenti Həsən Ruhani bu məsələ barədə deyib ki, yeni tip koronavirusa görə İranın heç bir şəhəri karantinə alınmayacaq. Bu isə haqlı olaraq qonşu ölkələrdə ciddi narahatlıq yaradıb.

Nazirlər Kabinetinin iclasında çıxış edən Ruhani bildirib ki, bir bölgənin təcrid edilməsi qərarı valiliyin və ya nazirliyin deyil, Koronavirusla Mübarizə Mərkəzinin səlahiyyətindədir.

Xalqı səlahiyyətli qurumların təlimatlarına əməl etməyə və tövsiyələrini dinləməyə çağıran Ruhani ölkədə epidemiyaya qarşı bütün tədbirlərin görüldüyünü iddia edib: koronavirus ölkədəki istehsal və işlərin dayandırılması üçün düşmənlərin silahına çevrilməməlidir”. Ruhani hətta məktəblərin və universitetlərin tətil edilməsinə də qarşı çıxıb.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın