Şənbə , Sentyabr 26 2020
azfa

Əlirza Fərşinin Fəşafuyə zindanına köçürülməsi qanunsuzdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məhkəmə sistemi rəsmiləri azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşinin Tehranın Fəşafuyə zindanına köçürülməsindən xəbərsiz olduqlarını iddia ediblər.

Azərbaycanlı milli-mədəni fəalın ailəsi Tehranda yerləşən Baharistan İnqilab Məhkəməsinin məhkəmə qərarlarını icra edən şöbəsinə müraciət edərək fəalın Fəşafuyə zindanına köçürülməsinin səbəbini soruşmuşlar. Rejimin məhkəmə rəsmiləri xəbərsiz olduqlarını söyləyiblər.

Məhkəmə rəsmiləri deyiblər ki, prokurorun icazəsi olmadan məhbusu bir zindandan digər zindana köçürülməsi qanunsuzdur.

Deməli Əlirza Fərşinin yeni zindana köçürülməsi tamamilə  qanunsuzdur və rejimin Tehrandakı ETTELAAT İdarəsi fəalı başqa zindana köçürüb.

Əlirza Fərşi həmçinin ailəsi ilə qısa telefon əlaqəsində bildirib ki, Fəşafuyə zindanının rəsmiləri onun İran məhkəmə sisteminin sədrinə ünvanladığı məktubun göndərilməsinə mane olublar və fəalın özünə geri qaytarıblar.

Əlirza Fərşi İbrahim Rəisiyə yazdığı açıq məktubda rejimin ETTELAAT qüvvələrinin onu qarşı qanunsuz davranışlarını şərh edərək tədbir görülməsini tələb edib.

Qeyd edək ki, Əlirza Fərşi İran məhkəmə sisteminin sədrinə və Evin zindanı rəisinin məhkəmə işləri üzrə müavininə ünvanlandığı açıq məktublarda zindanın ağır və dözülməz şəraitinə etirazını bildirmişdi.

Azərbaycanlı fəal həmçinin həbs olunduğu zaman təhlükəsizlik qüvvələrinin onu qarşı güc tətbiq edərək kobud və təhqiredici ifadələrdən istifadə etmələrini açıqlamışdı.

Fəal iyulun 21-də Tehranda irqçi fars rejimin qüvvələri tərəfindən yaxalanaraq zindana salınmışdı. Buna səbəb isə onun 2014-cü ildə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldığı üçün 2 il həbs və 2 il sürgünə məhkum edilməsi olub.

Həmçinin yoxlayın

İrqçi fars rejim azərbaycanlı iş adamının qurduğu Savalan Parça Fabrikini müflis edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim və rejimin bank sistemi Güney …

Çin uyğur türklərinin bir millət kimi məhv edilməsi üçün 380 düşərgə qurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çinin Şərqi Türküstanda 2017-ci ildən bəri müsəlman uyğur …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir