Cümə axşamı , Mart 28 2024
azfa

Ərbildə türk diplomatlarını terror edən şəxs yaxalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqda kürd muxtariyyətin təhlükəsizlik qüvvələri şənbə günü Ərbildə türk diplomatı qətlə yetirən insanı həbs etdiklərini bildirib və şübhəli şəxsin Türkiyə parlamentindəki qanunvericinin qardaşı olduğuna inanır.

Kürd nuxtariyyəti şənbə günü Ərbildə bir restoranda Türkiyə diplomatına qarşı sui-qəsd planlaşdıran insanı hücumdan bir həftə sonra həbs etdiyi elan edib. Bu barədə Asayiş daxili təhkükəsizlik xidmətinin yaydığı bəyanatda bildirilib.

Onlar şübhəli şəxsin adını açıqlamayıb lakin deyib ki, “məlumatlarda” onun bacısının Türkiyə parlamentində kürd qanunverici kimi xidmət göstərdiyinə “işarə edir”.

İraq Kürdüstanının bir digər təhlükəsizlik qüvvəsi olan Terror Əleyhinə Mübarizə Departamentinin ayrı hesabatında şübhəli şəxsin adının Mazlum Dağ olduğu deyilir.

Çərşənbə günü silahlı şəxsin restoranda açdığı atəş nəticəsində Türkiyə konsulunun müavini daxil olmaqla azı iki nəfər güllələnib. İki kürd təhlüksəizlik rəsmisinin və şahidin bildirdiyinə görə, silahlı şəxs başqa bir insanın sürdüyü maşında hadisə yerini tərk edib.

İraqın yarı-muxtar şimali kürd regionunda yerləşən Ərbildə siyasi zorakılıqlar nisbətən nadir hallarda baş verir.

Hücum Türkiyə İraqın şimalında kürd separatçı militantlara qarşı yeni hərbi hücum başladandan bir neçə həftə sonraya təsadüf edib.

Ankaranın İraqdakı əsas düşməni PKK qrupudur. PKK-nin Ərbilin şimalında dağlı sərhəd regionunda döyüşçüləri var.

Türkiyə və Ərbilin hakim kürd partiyası KDP İraqın şimalında bu ilin əvvəlində Türkiyənin hərbi düşərgəsinə hücum daxil olmaqla Türkiyə ilə bağlı digər insidentlərə görə PKK-nı günahlandırıb.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …

Bir cavab yazın