Ərdəbil divarlarında İranda acınacaqlı vəziyyət; “İran vaxtı ilə həyat; məhv olmaq” qrafiti

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycana qarşı müstəmləkə siyasəti, eyni zamanda dağıdıcı siyasətilə sanksiyalara səbəb olması əhalini dözülməz vəziyətə salıb. Bu vəziyyəti əks etdirmək məqsədilə avqustun 4-də Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı milli fəallar ölkədəki ictimai-iqtisadi problemlərlə bağlı qraffiti çəkib.

Ərdəbil şəhərinin divarlarına həkk olunan  “İran vaxtı ilə həyat; məhv olmaq” əsəri rejimin ölkədə yaratdığı real vəziyyəti əks etdirir.

Qrafit əsərdə yarıtmaz siyasət, müstəmləkəçilik, inflyasiya, işsizlik, narkamaniya, zorakılıq, yoxsulluq, korrupsiya, intihar, ekoloji böhranlar və belə ağır problemlərin cəmiyyəti məhv etməkdə olduğuna işarə vurulmaqdadır.

Qeyd edək ki, Güney Azərbaycanda dson illərdə sosial-iqtisai və milli zəmində zülmə bu şəkildə etiraz formalaşıb.

Həmçinin yoxlayın

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Molla rejimi Təbrizli gənc qızı ETTELAAT-a çağırdıqdan sonra o intiha edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bir sıra insan haqları mənbələri keçmiş siyasi məhbus …

Bir cavab yazın