Şənbə , Aprel 20 2024
azfa

Ərdəbildə “Azərbaycan nə istəyir?” başlıqlı bildiriş vərəqələri paylandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yanvarın 16-da axşam saatlarında Günye Azərbaycanın Ərdəbil şəhərində “Azərbaycan nə istəyir?” başlığı ilə minlərlə bildiriş vərəqəsi paylanıb.

Azərbaycanlı fəallar tərəfindən paylanılan vərəqələrdə İran adlanan yerdə vəziyyət, Güney Azərbaycana qarşı ayrı-seçkilik və azərbaycanlıların istəyi məsələləri əks etdirilib.

Yayılan bildiriş vərəqələrində həmçinin həbsdə olan azərbaycanlı fəallar və qəhrəmanlarımıza da toxunularaq, Azərbaycanın qurtuluşunun birlikdən asılı olduğu vurğulanıb.

Vərəqələrdə qeyd edilib ki, Azərbaycan türk milləti bu həssas şəraitdə ayıq olmalı, vaxtı ilə türkləri repressiyaya məruz qoyan cərəyanların sözdə demokratiya şüarlarına inanmamalıdır.

Bildirişin bir hissəsində deyilir: “Azərbaycan türk milləti kimi haqlı tələblərimizin təmin olunması, Məşrutə dövrü, eləcə də ondan əvvəlki siyasi mövqeyimizə qayıtmaq üçün mütləq birlikdə olmalıyıq. Biz insani hüquqlarımızı əldə etmək üçün Abbas Lisani kimi azərbaycanlı milli-mədəni fəallara dəstək verib, milli və fərdi hüquqlarımızı dərk edərək sistemli şəkildə Azərbaycan Milli Hərəkatının qanuni və hüquqi tələbləri uğrunda hərəkət etməliyik”.

Həmçinin yoxlayın

Türkiyə Azərbaycan və Ermənistan arasındakı anlaşmanı alqışladı

GADTB: Türkiyə Azərbaycan və Ermənistan arasındakı 4 kəndin qaytarılmasına dair anlaşmanı alqışlayıb. Türkiyə Xarici İşlər …

Molla rejimi həbs etdiyi Kərim İsmayılzadəyə dərmanlarının çatdırılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Kərim Bokserin dərmanlarının zindanda ona …

Bir cavab yazın