Şənbə , Aprel 20 2024
azfa

Ərdəbildə azərbaycanlı fəal Rəhim Qulamiyə azadlıq tələb edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən mart ayının 11-də Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı fəallar azərbaycanlı milli-mədəni fəal Rəhim Qulamiyə azadlıq tələbilə geniş şəkildə divarlara şüarlar yazdılar.

Azərbaycanlı fəallar həmin məqsədlə divarlara “Rəhim Qulaminin günahı türkcə sözlük yazmaqdır”, “Ustad Rəhim Qulami azad olsun”, “Bütün azərbaycanlı milli-mədəni fəallar azad edilsin” və s. şüarlar yazıblar.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Rəhim Qulami mədəni fəaliyyətləri və apardığı tədqiqata görə irqçi fars rejim tərəfindən yaxalanıb.

Azərbaycan Qələm Cəmiyyəti də həmin fəalın yaxalanmasının səbəbini türkcə sözlük yazması ilə bağlı bilib.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın