Cümə , İyul 10 2020
azfa

Ərşad Salehi: Türkmanlara hakimiyyətdə yer verilməsə etiraz edəcəklər

 

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraq Türkmanları Cəbhəsinin lideri Ərşad Salehi deyib ki, yeni hökumətin tərkibində yer almayacağımız təqdirdə etirazlara başlayacağıq.

O, türkmanların Bağdaddakı siyasi qərar mexanizmində təmsil olunmaları üçün bütün qanuni yollara müraciət edəcəklərini söyləyib:

“Türkmanların siyasi hüquqları üçün yeni hökumətdə mühüm vəzifələrə hazırıq. Yeni kabinetin tərkibində yer almaqla İraq və türkman xalqlarına xidmət etməyi və hüquqlarını qorumağı ən çox istəyən bizik. Hökumətin yeni kabinetində bütün siyasi tərəfləri təmsil etmək üçün nazirlər seçildiyi halda yalnız türkmənlərə çatanda müstəqil olmasını istəmələri ədalətsizlikdir”.

Qeyd edək ki, İraqın baş naziri Adil Əbdülmehdi 25 oktyabrda 22 üzvlü hökumət qurub. İlkin mərhələdə 14 nazir İraq Məclisində təsdiqlənib.

 

Həmçinin yoxlayın

Azərbaycanlı məhbuslar Cəfər və Milad İsməilzadə 3 günlük məzuniyyətə buraxıldılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin şərləyərək həbs etdiyi ata və …

Tehrandan qərbdə yerləşən raket anbarlarında güclü partlayışlar -Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, terrorçu Sepah-ın Tehranın qərbində – Gərmdərə və Qüds …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir