Şənbə , Aprel 20 2024
azfa

Əbülfəz Elçibəyin Anım Günü ilə bağlı İsveç Azərbaycan Federasyonu, Batı Yötaland Azərbaycan Evi Birliyi və Stockholm Azərbaycan Evi başqanlarının ortaq bildirişi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 22 avqust Əbülfəz Elçibəyin Anım Günü ilə bağlı İsveç Azərbaycan Federasyonu, Batı Yötaland Azərbaycan Evi Birliyi və Stockholm Azərbaycan Evi başqanları ortaq bildirişi yayıblar.

Bildirişdə Deyilir

22 avqust, ulusal öndər ölməz Əbülfəz Elçibəyin Anım Günü və Savalanın ziyarət günüdür. Azərbaycan Cümhuriyyətinin demokratik seçgilər ilə seçilmiş ilk cümhurbaşqanı, AXC və BAB kimi ulusal qurumların qurucusu 22 avqust 2000-ci ildə Türkiyədə vəfat etmişdir.

Ə. Elçibəy bir anlamda öz yaşam yolunu Türk varlığına, Azərbaycanın müstəqilliyinə həsr etmişdir. O, 1975-ci ildə Sovet məhkəməsində Türk millətçiliyinə, anti sovetçiliyə və bütöv Azərbaycan sevdalısı olduğuna görə həbsə girmişdir. Sovet həbsi bir çoxlarını qorxudsa da onu daha da milliləşdirmiş, daha da əzimkar etmişdir. O, öz millətinin önündə duraraq milliazadlıq hərəkatını irəli sürmüş və sonuc olaraq Quzey Azərbaycan müstəqilliyinin qazanmasında unudulmaz rol sahibi olmuşdur. O, həmin mübarizə əsnasında M.Ə.Rəsulzadənin qaldırdığı dövlət bayrağımızı Bakının Azadlıq Meydanında birdaha dalğalandıraraq (1989) yenidən yaranacaq Azərbaycan dövlətinin milli bayrağı elan etmişdir.

Ə.Elçibəy Qarabağın və bütünlüklə Azərbaycanın bağımsızlığının təmin olunmasını Təbrizin Farsçı faşizmdən azad olunmasına bağlar ikən çeşidli danışıqlarında belə bir fikir irəli sürmüşdür ki, parça-parça olan bir filin gücü ufacıq bir siçana yetməz! Azərbaycan imperiya oyunlarına qurban getmiş böyük bir milli varlıqdır. Biz bu alçaqlıqdan və bu param-parça olmaqdan qurtulmalıyıq. Ancaq, o zamandır ki, Güneyin də, Qarabağın da, Borçalının da, Dərbəndin də üzü güləcəkdir.

Var olan hakimiyyət dayrələri tərəfindən Ə. Elçibəyə qarşı atılan daşlar nə qədər ağır olsa da bu insanın nəcibliyi və milli əxlaq ülviliyi qarşısında əzilib darma dağın olmuşdur. 10 milyonlarca Güney Azərbaycanda, milyonlarca Quzey Azərbaycanda, bir o qədər də Türkiyə və Türk Dünyasında Elçibəy sevgisi sürməkdə, böyüməkdə və milli ideologiya çevrilməkdədir. Bu isə onu göstərir ki, Türk milləti öz sevimli oğlunu nə inki unutmayıb, həm də onun tutduğu yolu özünün milli bağımsızlıq yolunun yolbayı seçmişdir.

Sözsüz ki, Ə. Elçibəyin Bağımsızlıq, Özgürlük və Bütövlük Strategiyası gəncliyimizin insanlığa gedən yolunun işığıdır.

Yolbayımızın yolu gedərli olsun!

Yolu, düşüncəsi Türk gəncliyin özgürlük yolu olsun!

Millət ürəyinə gömmüş Elçibəy izi millət yolunun işığı olsun!

BAB Başqanı Elçibəyin, Qadınlar üzrə müavini və Batı Yötaland Azərbaycan Evi Başqanı Azər Heydər qizi Farroukhi,

BAB Başqanı Elçibəyin Güney Azərbaycan üzrə müavini və İsveç Azərbaycan Federasyonu başqanı Eldar Qaradağlı

Stockholm Azərbaycan Evi Birliyinin başqanı Sevda Səfərli

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın