Cümə axşamı , Mart 28 2024
azfa

Əfqanistanda ustad Şəhriyarın türkcə şeirləri nəşr olunub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əfqanıstanda böyük türk şairi ustad Məhəmmədhüseyn Şəhriyarın Azərbaycan türkcəsində şah əsəri- “Heydər Babaya Salam” poeması nəşr olunub.

Əsər Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TICA) Həratdakı ofisi, Əfqanıstandakı Türk Təhsil Vəqfi tərəfindən nəşr olunub.

Heydərbaba əsər həmçinin Kərim Məşrutəçi Sönməzin farsca tərcüməsilə yanaşı Şəhriyarın Heydər Babası Fars Dilinin Aynasında başlığı  altında çap edilib.

Kitabın təqdimat mərasimində Həratda yaşayan çox sayda yazıçı, müəllim və tələbə iştirak edib.

Tədbirdə “TİKA-nın Həratdakı ofisinin rəisi Əli Ərğun Çinar “Heydər Babaya Salam”ı Türk dili və mədəniyyətinin misilsiz şah əsəri adlandıraraq türk millətinin və digər mədəniyyətlərin dili və mədəniyyətinə yeni nəfəs verən ustad Şəhriyar haqqında danışıb. O, professor Kərim Məşrutəçiyə (Sönməz) bu əsəri tərcümə edib izah yazdığı üçün təşəkkür edib.

Sonra Türk dili tədqiqatçısı Qulam Heydərdust Mərvi “Heydər Babaya Salam” əsərini elementlər və temalar baxımından təhlil edərək, milli və beynəlxalq bir əsər olduğunun səbəbini izah edib.

Tədbirin davamında ustad Şəhriyarın şeirləri oxunub və Herat şəhərinin aşıqları türk dilində mahnılar səsləndiriblər.

Qeyd edək ki, Şəhriyarın “Heydər Babaya Salam” əsəri 90-dan çox dilə tərcümə edilib.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın