Çərşənbə , Aprel 24 2024
azfa

Əhalini dilənçi kökünə salan rejim özünü güclü göstərmək məqsədilə Atlantik okeanına gəmi göndərir

emi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, əhalini dilənçi kökünə salan işğalçı fars rejim özünü güclü göstərmək məqsədilə Atlantik okeanına gəmi göndərir.

Bu barədə irqçi fars rejimin ordusunun dəniz qüvvələrinin komandan əvəzi kontr-admiral Turəc Həsəni-Müqəddəm bu gün IRNA ilə müsahibədə deyib:

Ordunun bir eskadrasının Atlantik okeanına göndərilməsi Silahlı Qüvvələrin Ali Baş Komandanlığının göstərişinin icrası, ucqar sularda milli maraqların qorunması, İran İslam Respublikası bayrağının dalğalandırılması, “İranofobiya” planının zərərsizləşdirilməsi və dənizçilik xətlərinin təhlükəsizliyinin təmini istiqamətindədir.

Rejimin ordusunun dəniz qüvvələrinin komandan əvəzi bildirib ki, İran eskadrası tapşırıq müddətində yer kürəsini dolanacaq. O, əlavə edib: “Səhənd” vertolyotdaşıyan esminesi Atlantik okeanına tapşırıq müddətində İran eskadrasını müşayiət edəcək.

“Səhənd” esminesi Asiyanın qərbində ən modern esmines kimi 2018-ci il dekabrın birindən İran İslam Respublikası ordusunun dəniz qoşunlarının cənub eskadrasına qoşulubdur.

Rejimin ordusunun dəniz qüvvələrinin komandan əvəzinin sözlərinə görə, bu ordunun 59-cu eskadrası da hazırda Ədən körfəzində və Hind okeanının on dərəcəlik meridianında tapşırğını yerinə yetirməkdədir.

 

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın