Cümə axşamı , Aprel 18 2024
azfa

Əhmədinəjadın dostu Uqo Çavezin heykəlini yandırdılar-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Venesuelada xalqın kütləvi etirazı nəticəsində inqilab baş verib.

Çərşənbə günü Venesuelada hökumət əleyhinə keçirilən nümayişlər zamanı baş vermiş toqquşmalar nəticəsində azı 16 nəfər həyatını itirib, 70-dən çox insan saxlanılıb.

Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar ölüm halları Amasonas, Barinas, Bolivar, Portuqesa və Taçira ştatlarında, həmçinin ölkə paytaxtı Karakasda qeydə alınıb.

Prezident Nikolas Maduroya qarşı etiraz aksiyaları ölkənin bir çox bölgələrində keçirilir.

“El Nacional” qəzetinin məlumatına görə, Karabobo ştatının Valensiya şəhərində bir qrup polis əməkdaşı etiraz aksiyasına qoşulub.

Etiraz edən xalq Venesuela diktatorunun heykəlini yandırdı.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Kərim Fəyyaz yol qəzasında həyatını itirib

GADTB: Güney Azərbaycanın Məlikkəndi (Məlikan) şəhərnin sakini olan azərbaycanlı milli fəal Kərim Fəyyaz Ərədbil-Astara arasında …

Azərbaycanlı fəal Kərim İsmayılzadə tutularaq zindana salınıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdə yaşayan azərbaycanlı milli fəal, …

Bir cavab yazın