Cümə axşamı , Aprel 25 2024
azfa

Ələrəbiyyə ilə yanaşı rus mənbələr də İran raketlərinin Beyrutu partlatdığını təsdiqlədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ələrəbiyyə və digər mötəbər mənbələrlə yanaşı İran və Hizbullahın danmağa cəhd göstərməsinə baxmayaraq, rus mənbələr də İranın Hizbullaha verdiyi raketlərin Beyrutu partlatdığı təsdiqləyib.

Bundan öncə İsrail Müdafiə Nazirliyinin iki il öncə yayınladığı xəritə də yenidən mətbuatda yayıldı. İki il öncə İsrail dünən partlayış olan ərazidə İranın Hizbullaha Raket Proyektinin olduğu bildirilirdi.

Rusiyanın “Novaya qazeta” qəzeti Hizbullaha yaxın mənbələrinə istinadən yazır ki, Beyrutda partlayışın baş verdiyi “12 nömrəli anbarda” əslində İran raketlərini hazırlamaq üçün qurğular saxlanılıb.

Partlayışdan dərhal sonra açıqlama verən Livan Ümumi Təhlükəsizlik Xidmətinin direktoru briqada generalı Abbas İbrahim anbarda müsadirə edilmiş partlayış təhlükəsi olan materialların saxlanıldığını və onların guya məhvə hazırlandığını bildirib. Hizbullaha yaxın olan general partlayış təhlükəsi olan materialların nə zaman və kimdən müsadirə edildiyini açıqlamayıb. Bununla belə Livanın MTV televiziyası anbarda ammonium nitratın olduğunu və onun Rusiya ticarət gəmisindən 2016-cı ildə müsadirə edildiyi haqqında məlumat yayıb. Əslində bunlar Hizbullahın partlayışı İran raketləri vasitəsilə törədildiyi faktını danmaq cəhdidi.

“Novaya qazeta”nın Hizbullaha yaxın mənbəsi anbarda yüksək dəqiqliyə malik raketlərin yığılması üçün avadanlıqların saxlanıldığını deyib.

Bildirilib ki, bu raketlərin komponentləri İrandan Hizbullaha çatdırılıb:

“Bizim mənbələrimiz güman edir ki, Hizbullah bu raketləri İsrailə qarşı istifadə etmək niyyətində olub. Mənbə həmçinin əlavə edib ki, partlayışa səbəb insan faktoru olub”. ‏

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın