Cümə axşamı , Mart 28 2024
azfa

Əliriza Fərşi irqçi fars rejimin Məhəmə Sisteminin sədrinə açıq məktub yazdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan türk millətinin dil hüquqları uğrunda mədəni mübarizə apardığına görə irqçi fars rejim tərəfindən həbs edilən azərbaycanlı fəal Əliriza Fərşi zindanda məruz qaldığı zülmlə bağlı irqçi fars rejimin Məhəmə Sisteminin sədrinə açıq məktubla müraciət edib.

Sentyabrın 9-da yazılan məktubda fəal rejimin təhlükəsizlik qüvvələrinin qanunsuz davranışlarını ifşa edib. O bu davranışlara qarşı ölçü götürülməsini istəyib.

Əlirza Fərşi açıq məktubunda müstəntiqin qanunsuz sözlərinə toxunaraq, məktubun bir hissəsində yazıb: “Mən özüm sənin şikayətçin, müstəntiqin, məhkəmə sədrin, prokurorun və zindan məsulunam. Mənə tabe olmaqdan başqa, heç bir seçiminiz yoxdur. Hətta təyin edilmiş cəzalarına görə endirim istəsən belə yenə mənə müraciət etməlisən. Bütün azərbaycanlı fəallar, hətta mədəni, qanuni və başqa yollarla fəaliyyət göstərənlər, istisnasız, pantürk və separatçıdırlar. Onların heç birinə, hətta sepah, ordu, bəsici, şəhid övladı, savadlı və ya savadsızına da inanmaq olmaz”.

Həmçinin yoxlayın

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …

Urmiya bələdiyyəsi voleybol üzrə Premyer Liqanın final mərhələsinə yüksəlmək ərəfəsindədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,Urmiya Bələdiyyəsinin voleybol komandası bu axşam Premyer Voleybol Liqasının …

Bir cavab yazın