Şənbə , Aprel 20 2024
azfa

Ərəb ölkələri Məkkə regionu qarışdıran irqçi fars rejimə qarşı birləşdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ərəb ölkələri Məkkə regionu qarışdıran irqçi fars rejimə qarşı birləşib və bu rejimə qarşı qətnamə qəbul ediblər.

Qəbul edilən qətnamədə irqçi fars rejimin nüvə silahı yaratmasına mane olmaq, eləcə də onun raket proqramına daha sərt məhdudiyyətlərin qoyulması tələb edilib. Ərəb dövlətləri ABŞ-ın İrana münasibətdə həyata keçirdiyi strategiyanı dəstəklədiklərini bildiriblər.

Ərəb liderlərin imzaladığı qətnaməyə yalnız İraq qoşulmayıb. Rəsmi Bağdad qəbul edilən qətnamə ilə razılaşmadığını deyib.

Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanının təşəbbüsü ilə ərəb dövlətlərinin görüşü keçirilib. Görüş Məkkədə baş tutub.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın