Cümə axşamı , Aprel 25 2024
azfa

Ərdəbil-Miyana dəmiryolu xətti layihəsi 15 ildir icra edilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin müstəmləkə siyasəti nətiəsində Ərdəbil-Miyana dəmiryolu xətti layihəsi 15 ildir sona çatmır.

Bu məsələ artıq rejimin təyin etdiyi yerli rəsmiləri də dilə gətirib. Ərdəbil valisinin tikinti işləri üzrə koordinasiya müavini Məsud Yeqanə deyib: “Ərdəbil vilayətində xalqın ən vacib tələblərindən biri Ərdəbil-Miyana Dəmiryolu xətti layihəsidir. Biz bu işi gündəmdə saxlayırıq. Layihənin 2-ci mərhələsi üçün Mərkəzi Bank tərəfindən 2500 milyard rial təyin edilib və təmin edilməlidir”.

Qeyd edək ki, Ərdəbil-Miyana dəmiryolu 175 kilometr uzunluğundadır. 2014-cü ildə irqçi fars rejimin prezidenti Həsən Ruhani layihənin 2016-cı ildə bitəcəyini bildirmişdi. Lakin indiyədək layihənin illik büdcəsinə ayrılan büdcə 30 milyard tüməndən ibarətdir. 1500 milyard tümən xərc nəzərə alsaq, layinin təqribən 40 ilə bitəcəyini ehtimal etmək olar. Ərdəbil-Miyana dəmiryolu xəttinin tikinti işləri 2004-cü ildə başlanmışdır. Onun 5 il müddətində tamamlanması nəzərdə tutulmuşdu. Lakin 5 ildir hələ layihə tamamlanmayıb.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın