Ərdəbildə 22 May qiyamının ildönümündə poster hərəkatı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində 2006-cı il 22 May qiyamının XII ildönümü münasibətilə milli qiyama aid çoxsaylı posterlər çap edilərək divarlara yapışdırılıb. Geniş miqyasda keçirilən bu hərəkat Ərdəbil şəhərinin qiyama qatıldığı 27 may günündə keçirilib.

Şəhərin əksər küçə və prospektlərinə yapışdırılan posterlərdə irqçi fars rejiminin Azərbaycan türk millətinə qarşı təhqirləri kəskin qınanıb və 22 May Milli Qiyamı bir daha xalqa nümayiş etdirilib.

Qeyd edək ki, 2006-cı il may ayının 22-dən başlanan qiyamda Güney Azərbaycanın bütün şəhər və kəndləri irqçi fars rejiminə qarşı etiraza qalxmışdı.

 

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın