Cümə axşamı , Aprel 18 2024
azfa

Ərdəbildə Güney Azərbaycanla Bəluçistanda yoxsuluq göstəricisi qrafitlə əks etdirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbil şəhərində divarın üzərində irqçi fars rejimin ayrıseçkilik siyasətinin nəticəsi kimi Güney Azərbaycanla Sistan və Bəluçistan vilayətinin ağır iqtisadi vəziyyətini göstərən məlumat qrafitlə əks etdirilib.

Azərbaycanlı milli-mədəni fəallar tərəfindən qrafitlə çəkilən diaqramda İranda vilayətlərin iqtisadi durumu əks olunub. Rejimin irqçilik siyasəti nəticəsində Güney Azərbaycan, eləcə də Sistam və Bəluçistan vilayətinin iqtisadi baxımdan mütləq yoxsulluq səviyyəsində olduğu görünür.

Qeyd edək ki, irqçi fars rejim qeyri-fars millətlərə qarşı müstəmləkə siyasəti yeritməklə Güney Azərbaycan, Bəluçistan və s. qeyri-farsların yaşadığı bölgələri geri saxlayıb. Ona görədə Güney Azərbaycanda həm də qeyri-farsların yaşadığı digər bölgələrdə acınacaqlı vəziyyət hökm sürür.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Kərim Fəyyaz yol qəzasında həyatını itirib

GADTB: Güney Azərbaycanın Məlikkəndi (Məlikan) şəhərnin sakini olan azərbaycanlı milli fəal Kərim Fəyyaz Ərədbil-Astara arasında …

Azərbaycanlı fəal Kərim İsmayılzadə tutularaq zindana salınıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdə yaşayan azərbaycanlı milli fəal, …

Bir cavab yazın