Ərk rejimin azərbaycanlılara övladlarına öz dilində ad qoymasına icazə verməməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərk-Azərbaycan İnsan Haqları Cəmiyyəti irqçi fars rejimin azərbaycanlılara övladlarına öz dilində ad qoymasına icazə verməməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycanın Ərdəbil şəhərində valideynlərinin “Ayıl” adı seçdiyi qıza 2 aydır şəxsiyyət vəsiqəsi verməkdən imtina ediblər.

Köpənin atası azərbaycanlı milli-mədəni fəal Səccad Colani bununla bağlı keçən həftə Ərdəbilin Vətəndaş Vəziyyətinin Qeydiyyat İdarəsinin qarşısında çəkdiyi videoda bildirmişdir ki, idarənin məsulları ona Ayıl adına şəxsiyyət vəsiqəsi verilməsi üçün Tehrandan icazə verilməli olduğunu bildiriblər.

Ərk-Azərbaycan İnsan Haqları Cəmiyyəti həmin videonu ingiliscə alt yazı ilə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasına, BMT-nin irqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitəsinə, eləcə də BMT Uşaq Fonduna göndərərək azərbaycanlıların davamlı olaraq irqçi fars rejim tərəfindən insan ləyaqətini alçaldan davranışlara məruz qaldığını və ən ibtidai hüquqlarının pozulduğu bildirilib.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın