Ərşad Salehi: Türkmanlara hakimiyyətdə yer verilməsə etiraz edəcəklər

 

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraq Türkmanları Cəbhəsinin lideri Ərşad Salehi deyib ki, yeni hökumətin tərkibində yer almayacağımız təqdirdə etirazlara başlayacağıq.

O, türkmanların Bağdaddakı siyasi qərar mexanizmində təmsil olunmaları üçün bütün qanuni yollara müraciət edəcəklərini söyləyib:

“Türkmanların siyasi hüquqları üçün yeni hökumətdə mühüm vəzifələrə hazırıq. Yeni kabinetin tərkibində yer almaqla İraq və türkman xalqlarına xidmət etməyi və hüquqlarını qorumağı ən çox istəyən bizik. Hökumətin yeni kabinetində bütün siyasi tərəfləri təmsil etmək üçün nazirlər seçildiyi halda yalnız türkmənlərə çatanda müstəqil olmasını istəmələri ədalətsizlikdir”.

Qeyd edək ki, İraqın baş naziri Adil Əbdülmehdi 25 oktyabrda 22 üzvlü hökumət qurub. İlkin mərhələdə 14 nazir İraq Məclisində təsdiqlənib.

 

Həmçinin yoxlayın

Molla rejimi Təbrizli gənc qızı ETTELAAT-a çağırdıqdan sonra o intiha edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bir sıra insan haqları mənbələri keçmiş siyasi məhbus …

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Bir cavab yazın