Cümə axşamı , Aprel 25 2024
azfa

12 insan haqları təşkilatı Abbas Lisaniyə qarşı ədalətsiz məhkəmə qərarını pislədilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə qarşı irqçi fars rejimin məhkəməsinin çıxardığı ədalətsiz qərarı 12 insan haqları təşkilatı pisləyib və azərbaycanlı fəalın qeydsiz-şərtsiz sərbəst buraxılmasını tələb etdilər.

Ərk – Azərbaycan İnsan Hüquqları Cəmiyyəti və Hərananın bu barədə tərtib etdiyi bəyanatı həmçinin Əhraz (İranda azərbaycanlıların insan hüquqları dərnəyi), İranda Hamı Üçün İnsan Hüquqları, Bəluc Fəallar Kampaniyası Təşkilatı, KMMK-G(İran Kürdüstanı İnsan Hüquqları Cəmiyyəti), İmpact İran, Üçüncü Sahə (Ərseye Sevvom), İran İnsan Hüquqları Cəmiyyəti, Açıq Beynəlxalq Təşəbbüs, Əbdürrəhman Burumənd Fondu və Siyamək Purzənd Fondu da imzalayıb.

12 təşkilatın imzaladığı bəyanatın bir hissəsində deyilir: “İran hakimiyyətini İrandakı dini və etnik qruplara qarşı ayrıseçkiliyi dərhal dayandırmağa və İranın beynəlxalq öhdəlikləri çərçivəsində onların mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının təmin olunmasına çağırırıq”.

Bəyanatı imzalayan təşkilatlar tanınmış azərbaycanlı fəal Abbas Lisani barəsində çıxarılan məhkəmə qərarını pisləyərək, fəalın dərhal azadlığa çıxmasını tələb ediblər.

Qeyd edək ki, azərbaycanlı milli fəal Abbas Lisani rejimin məhkəməsi tərəfindən 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib və hazırda Ərdəbil zindanının 7-ci bölməsində həbsdə saxlanılır. İran Ali Məhkəməsi isə rejimin Ərdəbildə yerləşən Apelyasiya Məhkəməsinin Abbas Lisaniyə qarşı çıxardığı ədalətsiz qərarı olduğu kimi qüvvədə saxlayıb.

Həmçinin yoxlayın

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Sidneydə Türkiyənin Çanaqqalada qələbəsi ilə bağlı Atatürkün abidəsinə gül çələngi qoydular-Şəkil

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bu gün Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) …

Bir cavab yazın