18 May “Türk Yazı Günü”dür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə hər il 18 may tarixində Türk Yazı Günü qeyd olunur. Bu tarix Qazaxıstan parlamentinin müvafiq qanunu və hökumətin qərarı ilə rəsmiləşdirilib.

Beynəlxalq Türk Akademiyasının nəzdində Türk yazısını araşdırma və qədim türkcə mətnlərin tərcüməsi ilə məşğul olan “Türkologiya, Altayistika və Monqolistika” mərkəzi fəaliyyət göstərir. Akademiya türk yazısı ilə bağlı tədqiqatları dəstəkləməkdədir. Bu çərçivədə, Tonyukuk yazı abidəsinin ucaldılmasının 1300 illiyi münasibətilə 24 aprel 2020-ci il tarixində UNESCO səviyyəsində Tonyukuk ilinin açılışı olub, abidənin 12 dildə tərcüməsinin yer aldığı “Bilgə Tonyukuk” kitabı yayınlanıb.

Beynəlxalq Türk Akademiyası “Türk Yazı Günü” münasibətilə təbriklərini çatdırır!

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın