Cümə , Aprel 19 2024
azfa

Aylıq Arxivlər: Oktyabr 2018

Azərbaycanlı fəal Nəsim Sadiqinin zaminə buraxılması üçün vəsiqə təyin edilib

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, 2018-ci il oktyabrın 21-də rejimin Sepah qüvvələrinin məmurları tərəfindən yaxalanan azərbaycanlı fəal Nəsim Sadiqi oktyabrın 25-də rejimin Təbrizdə yerləşən Beheşti Məhkəməsinə aparılaraq, zaminə buraxılması üçün 100 milyon tümənlik vəsiqə qərarı çıxarılıb.

Ətraflı oxu »

Bölgə ölkələrini qarışdıran fars rejim Türkiyənin konstruktiv mövqeyini öz adına yazmağa cəhd edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bölgə ölkələrini qarışdıran irqçi fars rejim Türkiyənin konstruktiv mövqeyini öz adına yazmağa cəhd edib. Bu məqsədlə rejimin Xarici İşlər nazirinin müavini Hüseyn Ənsari iddia edib ki, İranın təklifi ilə Rusiya və Türkiyə İdlibdə silahsızlandırılmış bölgənin yaradılması yönündə razılaşma imzaladı.

Ətraflı oxu »

I Pyotrun Azərbaycanın Xəzərsahili vilayətlərinə işğalçı yürüşü

GADTB: 18-ci əsrin ilk yarısına nəzər saldıqda görürük ki,Osmanlı dövləti Cənubi Qafqaz regionunda nüfuz və təsir gücünə malik idi. Rusiya imperiyası ilə bağlı vəziyyət tamamilə fərqli idi. Eçmiədzin kilsəsi isə onu “xilaskar“kimi təqdim edir, erməni və gürcülər isə dərhal Rusiya imperatorluğuna tərəfkeşlik etməyə başlamışdırlar. Hətta Səfəvilər tərəfindən “Azərbaycan bəylərbəyləri“ titulu …

Ətraflı oxu »

Azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqiyə azadlıq tələbilə vərəqələr yayıldı-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi və işğalçı fars rejimin məmurlarının oktyabr ayının 21-də Təbriz şəhərində yaxaladığı azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqiyə azadlıq tələbilə azərbaycanlı fəallar tərəfindən çoxsaylı vərəqələr hazırlanaraq şəhər səthində paylanılmışdır. Vərəqələrin üzərində “Azərbaycanın milli-mədəni fəalı Nəsim Sadiqi azad olsun” şüarı yazılıb.

Ətraflı oxu »