Çərşənbə , Noyabr 13 2019
azfa

Gündəlik Arxivlər: Noyabr 22, 2018

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Həkimə Əhmədi və həyat yoldaşı mühəndis Qurbaniyə qarşı rejimin zülm və vəhşiliyini pisləməyə dair bildirişi

GADTB: Azərbaycanlı milli-mədəni fəal Həkimə xanım Əhmədinin işğalçı fars rejimi tərəfindən müstəmləkə edilmiş Azərbaycanın və əsarətə alınmış Azərbaycan türk millətinin hüquqlarını müdafiə etməsi irqçi və irticaçı fars rejimi qəzəbləndirmiş və onun öz yırtıcı və terrorçu sifətini büruzə verməsinə səbəb olmuşdur.

Ətraflı oxu »

Sistan-Belucistanda etiraz edən əhali Calq məntəqəsinin İcra hakimiyyəti binasını yandırdı-Video

  GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün 2018-ci il noyabr ayının 22-də Sistan-Belucistanda irqçi fars rejimin SEPAH qüvvələrinə etiraz edən əhali Calq məntəqəsinin İcra hakimiyyəti binasını yandırdılar. Buna səbəb isə SEPAH tərəfindən sərhədlərə mina qoyulması və iki bəluçun minaya düşərək dünyasını dəyişməsi olub.

Ətraflı oxu »

İşğalçı fars rejimin Apelyasiya Məhkəməsi rejimin azərbaycanlı fəal barəsində 1 illik həbs qərarını təsdiq edib – Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin Ərdəbilşəhərində yerləşən Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi azərbaycanlı milli-mədəni fəal Kiyumərs İslami barəsində rejimin məhləməsinin haqsız olaraq çıxardığı 1 illik həbs qərarını olduğu kimi qüvvədə saxlayıb. Bu barədə rejimin Apelyasiya Məhkəməsinin qərarı 2018-ci il noyabr ayının 22-də Kiyumərs İslamiyə göndərilib.

Ətraflı oxu »

Mühəndis Məhəmmədrza Qurbani rejimin məmurları tərəfindən döyülərək ciddi xəsarət alıb – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanlı fəal və Marağa zindanında həbsdə olan Həkimə xanım Əhmədinin həyat yoldaşı mühəndis Məhəmmədrza Qurbani rejimin məmurları tərəfindən döyülərək ciddi xəsarət alıb. Nəticədə onun başı və sağ əli sınıb.

Ətraflı oxu »