Cümə axşamı , Mart 28 2024
azfa

Aylıq Arxivlər: Oktyabr 2019

Etirazlardan sonra Kömür filminin Ərdəbildə nümayişinə icazə verildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində rejimin İrşad və Mədəniyyət İdarəsinin tapşırığı ilə Kömür filminin nümayişinə qoyulan qadağadan bir gün sonra etirazlar nəticə verdi. Artıq Azərbaycan türkcəsində hazırlanan Kömür filminin kinotetrda ekranlarına çıxmasına icazə verilib. Kömür filminin rejissoru İsmayıl Münsif oktyabrın 23-də öz İnstagram hesabında …

Ətraflı oxu »

Güney Azərbaycana ayrıseçkiliyin nəticələrindən: Zəncan Hava Limanı bağlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycana qarşı ayrıseçkilik bütün sahələrdə mənfi nəticələr verməkdədir. Zəncan Hava Limanı da həmin ayrıseçkiliyin növbəti qurbanına çevrilib. Oktyabrın 24-də Zəncan Hava Limanından Məşhəd şəhərinə son uçuş həyata keçib. Gələn həftələr üçün isə heç bir bilet satılmayıb. Bu, hava limanının işinin dayandığı anlamına …

Ətraflı oxu »

Cavid Rəhman İranda qeyri-farsların hüququnun kobud şəkildə pozulduğunu açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhman oktyabrın 23-də İranla bağlı hesabatında İran adlanan ölkədə insan hüquqlarının kobud şəkildə pozulması barədə hesabat yayıb. BMT-nin Baş Məclisinin komitələrinə təqdim edilən hesabatda yazılıb ki, hazırda İran zindanlarında yaşı 18-dən aşağı olan 90 yeniyetmə …

Ətraflı oxu »

Ərdəbilli vuşuçu Yusif Səbri dünya çempionu oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney azərbaycanlı vuşu idmançısı Yusif Səbri vuşu üzrə dünya çempionatında qızıl medal qazanıb. Ərdəbilli idmançı çərşənbə günü Çinin Şanxay şəhərində keçirilən 15-ci dünya çempionatında rəqiblərini məğlub edərək dünya çempionu olub. Birinci Pakistan və Fransa təmsilçilərini məğlub edən azərbaycanlı idmançı yarışların yarımfinal mərhələsində Tunisdən …

Ətraflı oxu »

Rejimin yaxaladığı azərbaycanlı fəalın vəkili Məhəmmədrza Fəqihi zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin yaxaladığı azərbaycanlı fəalın vəkili Məhəmmədrza Fəqihi zaminə buraxılıb. Vəkil 3 gün saxlandıqdan sonra oktyabrın 23-də 500 milyon riallıq mülki vəsiqə qarşılığında zaminə buraxılıb. İranda Məhbusların Hüquqlarının Müdafiəsi Assosiyasının idarə heyətinin üzvü və hüquqi komitəsinin katibi olan Məhəmmədrza Fəqihi oktyabrın 20-də …

Ətraflı oxu »

İrqçi fars rejimin əlaltıları Ərdəbildə kömür filminin nümayişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin əlaltıları Ərdəbildə kömür filminin nümayişinə qadağa qoyub. Halbuki, tükcə hazırlanmış bu kino Tehran və Təbrizdə nümayiş etdirilərək əhali tərəfindən böyük coşqu ilə qarşılanmışdır. Rejimin Ərdəbildə yerləşən İraşd İdarəsi antitürk yanaşma ilə Kömür kinosunun nümayiş etdirilməsinə qadağa qoyaraq, həmin kinonun guya …

Ətraflı oxu »

ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Vaşinqton, Ankaranın Suriyanın şimal-şərqində başlatdığı hərbi əməliyyatla əlaqədar Türkiyəyə tətbiq edilən sanksiyaları ləğv edib. Bu barədə çərşənbə günü ABŞ prezidenti Donald Tramp elan edib. Vaşinqton administrasiyasının rəhbəri deyib: “Mən, maliyyə naziri Stiven Mnuçinə oktyabrın 14-də tətbiq olunan bütün sanksiyaların ləğvinə dair göstəriş verdim”. …

Ətraflı oxu »

Təbrizin kənar hissəsində yerin çökməsi ilə qədim şəhər qalıqları üzə çıxdı-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Təbrizin Heydərabad məhəlləsində Mələkuti Dükanları kimi tanınan ərazidə suyun sızması nəticəsində yer çöküb. Bunun nəticəsində isə yerdən qədim şəhər qalıqları aşkarlanıb. Bir müddət öncə isə Təbrizin mərkəzində Valman klüçəsində tikinti ilə bağlı aparılan qazıntı nəticəsində yerin altında qədim şəhər və evlərin …

Ətraflı oxu »

Türkiyə-Suriya sərhədində Təhlükəsizlik bölgəsi yaradılıdığı bildirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb ki, “Türkiyə-Suriya sərhədində Təhlükəsizlik bölgəsi yaradılıdı”. “Türkiyə-Suriya sərhədində böyük uğur əldə olundu. Təhlükəsizlik bölgəsi yaradıldı! Atəşkəs rejiminə keçildi və döyüş tapşırıqları başa çatdı. Tutulan DEAŞ-lılar təhlükəsiz şəraitdə saxlanılırlar”, – deyə Tramp qeyd edib. Prezident Rəcəb Tayyib …

Ətraflı oxu »

Urmuiya gölünün bərpası ilə bağlı iki layihə dayandırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycana qarşı ayrıseçkilik siyasəti nəticəsində Urmiya gölünün bərpası ilə bağlı iki layihənin icrası dayandırılıb. Buna əsas səbəb rejimin ayrıseçkilik siyasəti nəticəsində həmin layihələrə vəsaitin ayrılmamasıdır. Urmiya Gölünü Bərpası Mərkəzinin Planlaşdırma bölməsi rəsmisi Əli Hacı Muradı bu barədə yazıb ki, …

Ətraflı oxu »