Gündəlik Arxivlər: Dekabr 16, 2019

Həbs müddəti bitən azərbaycanlı fəal Müctəba Pərvin azadlığa buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Müctəba Pərvin məhkum edildiyi 3 aylıq həbs müddəti başa çatdıqdan sonra dekabrın 15-də Ərdəbilin mərkəzi zindanından azadlığa buraxılıb. Qeyd edək ki, Müctəba Pərvin rejimin Ərdəbildə yerləşən 2 nömrəli Məhkəməsinin 101-ci şöbəsi tərəfindən 3 ay həbsə məhkum edilib. Fəal əslində şərlənmişdi. …

Ətraflı oxu »

Türkiyə 2020-ci ilin yayında fəzaya raket göndərəcək

Türkiyə Müdafiə Sənayesi Nazirliyi bünyəsində qurulan “Delta V” fəza Texnologiyaları İdarəsinin baş direktoru Arif Karabeyoğlu Türkiyənin 2020-ci ilin yayında kosmosa çıxacağını açıqladı. Hibrit Fəza Raket Mühərriki İnkişafetdirmə (HURM) layihəsi ilə bağlı Anadolu Agentliyinə (AA) etdiyi şərhdə A.Karabeyoğlu bildirib: “Çox özəl bir raket mühərrikini inkişaf etdirdik. Bu raket mühərriki həm daha …

Ətraflı oxu »

Azərbaycanlı şair Həbib Sahirin anım mərasimi keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı şair Həbib Sahirin vəfatının 34-cü il dönümü ilə əlaqədar anım mərasimi keçiriləcək. Mərasimin 2019- cu il dekabrın 18-də saat 17:30-20:00-a qədər Tehranın Ümid Mədəniyyət Sarayında keçirilməsi nəzərdə tutulub. Tədbir Sabir Ədəbi Dərnəyinin təşəbbüsü ilə keçiriləcək. Tədbirdə iştirak ümum üçün azaddır.

Ətraflı oxu »

İstanbulda erməni terrorçu tərəfindən qətlə yetirilmiş Behbud xan Cavanşirin abidəsi ucaldılacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri olmuş Behbud xan Cavanşirin xatirəsinə abidə ucaldılacaq. abidə şəhərin tarixi bölgələrindən olan Beyoğlu rayonunda, Behbud xan Cavanşirin 1921-ci il iyulun 18-də “Daşnaksütyun” erməni terror təşkilatının üzvü Misak Torlakyan tərəfindən qətlə yetirildiyi “Pera Palas” otelinin qarşısında yerləşəcək. …

Ətraflı oxu »

Astarada azərbaycanlı milli-mədəni fəallar məktəblilərə türkcə kitablar payladılar- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 21 Azər Azərbaycan Milli Hökumətinin yaranmasının ildönümündə bir qrup azərbaycanlı fəal Güney Azərbaycanın Astara şəhərində azərbaycanlı məktəblilər arasında türk dilində kitablar paylayıblar. Resjimin assilmilyasiya siyasətinə qarşı atılan bu addım Azərbaycan türk milləti və azərbaycanlı məktəblilər tərəfindən coşqu ilə qarşılanmışdır. Publicerat av Ali Huseyn …

Ətraflı oxu »

Rejim yaxaladığı Yaşar və Ruzbeh Pirini Təbrizdə zindana köçürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin qüvvələrinin yaxaladığı azərbaycanlı fəallar Yaşar Piri və Ruzbeh Piri Təbrizdə Sepahının Kəşfiyyat Bölməsinin təcridxanasından Təbrizdə mərkəzi zindanına köçürülüb. Azərbaycanlı fəallar 26 gün Sepahın təcridxanasında işgəncə edildikdən sonra dekabrın 12-də zaindana köçürülüb. Qeyd edək ki, Yaşar və Ruzbeh qardaşları noyabrın 17-də …

Ətraflı oxu »

GADTB başqan müavini sayın Eldar Qaradağlının 21 Azər-Azərbaycan Milli Hökumətinin 74-cü ildönümü ilə bağlı Türk Hareketi TV-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqan müavini sayın Eldar bəy Qaradağlı 21 Azər-Azərbaycan Milli Hökumətinin 74-cü ildönümü və Azərbaycanımızın güneyində xalqımızın əzmilə Milli Hökumətini qurması barədə Türk Hareketi TV-də çıxışı etmişlər. Sayın Eldar bəyin çıxışının videosuna buradan baxa bilərsiniz:

Ətraflı oxu »

Təbrizdə rejimin qüvvələri azərbaycanlı fəal Nasir Xülusini yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin təhlükəsizlik qüvvələri 2019-u il dekabrın 14-də azərbaycanlı milli-mədəni fəal Nasir Xülusini Təbrizdə yaxalayıb. Əldə etdiyimiz məlumata görə, Nasir Xülusi Təbrizdə maşın sürdüyü zaman irqçi fars rejimin ETTELAAT qüvvələri tərəfindən saxlanılıb. Təbriz sakini olan mühəndis Nasir Xülusinin hazırda rejimin Təbrizdə yerləşən …

Ətraflı oxu »