Cümə , Aprel 19 2024
azfa

Gündəlik Arxivlər: Dekabr 18, 2019

26 Azər – türkcə kitabların yandırılması günü münasibətilə Urmiyada kitablar paylanıldı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi pəhləvi rejiminin Güney Azərbaycanda 26 Azərdə kitab yandırma mərasiminin 73-cü ildönümü münasibəti ilə Urmiyanın məktəb və uşaq bağçalarında türk dilində çap edilmiş kitablar paylanılıb. Güney Azərbaycanda keçən illər olduğu kimi azərbaycanlı milli-mədəni fəallar şəhərin bir neçə uşaq bağçası və məktəbində çox sayda …

Ətraflı oxu »

İsveçdə 21 Azər- Azərbaycan Milli hökumətinin anım günü keçirildi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2019-cu il dekabrın 14-də İsveçin Göteborg şəhərində 21 Azər Güney Azərbaycanda Milli hökumətin anım günü keçirilib. Azər xanımın aparıcılığı ilə keçirilən tədbirdə GADTB başqanı sayın Əjdər Tağızadə və GADTB başqan müavini sayın Eldar Qaradağlı çıxış ediblər. Tədbirdə həmçinin güneyli və quzeyli soydaşlarımız 21 …

Ətraflı oxu »

Rejimin Ərdəbildə zindana saldığı Rəhim Qulaminin həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildə zindana saldığı azərbaycanlı fəal və yazıçı Rəhim Qulaminin həyatı ciddi təhlükədədir. Dekabrın 16-da astma və böyrək xəstəliyindən əziyyət çəkən azərbaycanlı fəal huşunu itirib. Fəal zindanının poliklinikasına aparılıb və saatlarla süni tənəffüslə yaşamağa məcbur olub. Zindan məsulları fəalla eyni bölmədə …

Ətraflı oxu »

Avstraliya Federal Polisi erməni terroristlərin tapılmasına 1 milyon dollar pul mükafatı təyin edib

GADTB-nin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, bu gün Avstraliya Federal Polisi 39 il öncə 1980-cı ildə Türkiyə Baş konsulu Şarık Ariyakı və mühafizəçisi ataşe Engin Severi terror etmiş erməni terroristlərin tapılmasına 1 milyon dollar pul mükafatı təyin edib. Qeyd edək ki, dünən 2019-cu il dekabrın 17-i Avstraliyanın Sidney şəhərində ermənilərin …

Ətraflı oxu »

Rejim həbs etdiyi Babək Hüseynini Təbrizdəki həbsxanaya köçürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim noyabr etirazları dövründə yaxaladığı azərbaycanlı milli-mədəni fəal Babək Hüseyni Müqəddəmi bir neçə həftə ETTELAAT İdarəsinin təcridxanasında saxlayıb sorğu-suala çəkdikdən sonra Təbrizdə yerləşən həbsxanaya köçürüb. Qeyd edək ki, irqçi fars rejim həmin azərbaycanlı milli-mədəni fəalı noyabr etirazları dövründə heç bir günahı …

Ətraflı oxu »

Cənubi Koreya Hörmüzə ordu göndərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Cənubi Koreya 2020-ci ilin əvvəlində ABŞ-ın rəhbərliyi altında Hörmüz boğazında azad gəmiçiliyin müdafiəsi əməliyyatına qoşulmaq üçün öz hərbçilərini göndərəcək. Bu məlumatı Cənubi Koreyanın “Çunan ilbo” qəzeti yayıb. Məlumata görə, bu qərarı çərşənbə axşamı Cənubi Koreya Təhlükəsizlik Şurası verib. Seul artıq qərarla bağlı ABŞ-ı …

Ətraflı oxu »