Çərşənbə axşamı , Mart 19 2024
azfa

Gündəlik Arxivlər: Noyabr 4, 2020

Erməni separatçıların “administrasiyası” İrəvana “köçürüldü”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Dağlıq Qarabağdakı qondarma “respublikanın” administrasiyası İrəvana köçürülüb. Bu barədə separatçıların başçıları məlumat yayıb. Bildirilib ki, onlar “fəaliyyətlərini” Ermənistan Respublikasında “davam etdirəcəklər”. Qeyd edək ki, erməniləri Rusiya dünyanın müxtəlif ölkələrin Azərbaycan ətazilərinə, xüsusilə Şuşaya köçürüb.

Ətraflı oxu »

Azərbaycan ordusu daha bir neçə Azərbaycan kəndini erməni işğalından azad etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Azərbaycan ordusu daha bir neçə Azərbaycan kəndini erməni işğalından azad etdi. Bu barədə Prezident İlham Əliyev Tvitterdə yazıb: Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan …

Ətraflı oxu »

Azərbaycanlılar Cenevrədə Qarabağlı bağlı maraqlı aksiya keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsveçrənin Cenevrə şəhərində Dağlıq Qarabağ ilə bağlı bilbordlar sərgilənib. Üzərində BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ ilə bağlı 4 qətnaməsini əks etdirən bilbordlar bütün şəhər boyu asılıb. Məlumata görə, aksiyanın təşəbbüsçüsü İsveçrədə yaşayan əslən azərbaycanlı sahibkarlar və müxtəlif peşə sahibləridir.

Ətraflı oxu »

Erməni təcavüzünü pislədiyinə görə rejim Ərdəbildə azərbaycanlı fəalları ETTELAAT-a çağrdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə iki azərbaycanlı fəal Həmid Ədib Şəfiq və İsa Əzizi rejimin Ərdəbildə yerləşən təhlükəsizlik idarəsinə çağrılıblar. Azərbaycanlı milli-mədəni fəallar Həmid Ədib Şəfiq və İsa Əzizi noyabrın 2-də ETTELAAT-a çağrılaraq, sorğu-sual tutulublar.  Rejimin təhlükəsizlik məmurları həmin fəalları 5 saat …

Ətraflı oxu »

İran rejimi həbs etdiyi türkmən milli-mədəni fəalı mülki vəsiqə qarşılığında zaminə buraxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi türkmən milli-mədəni fəal, idman jurnalisti, eləcə də “Bampuşe Qonbəd” və “Türkmən Sport” saytlarının rəhbəri olan Hamed Purməndini 200 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxdı. Qeyd edək ki, türkmən fəal oktyabrın 31-də Golestan Sabah Süd Məhsulları Şirkəti tərəfindən …

Ətraflı oxu »

Cəbhədən son xəbərlər; ermənilərin hərbi texnikası və canlı qüvvəsi məhv edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd D-30 topu, “Zastava M-55” zenit qurğusu, 1 ədəd taktiki PUA-sı, 3 ədəd hərbi yük maşını məhv edilib və sıradan çıxarılıb. Azərbaycan Müdafiə Nazirliyi bu barədə məlumat yayıb. Noyabrın 3-ü gün …

Ətraflı oxu »

Ermənistanın Azərbaycan ərazisini atdığı yasaqlanmış fosforlu mərmilər zərərsizləşdirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli və Tərtər ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 24 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 1 müraciət daxil olub. ANAMA-dan verilən …

Ətraflı oxu »