Cümə , Fevral 28 2020
azfa

21 Azərin 74-cü ildönümü

GADTB: Sözdə İran deyilən yerdə yadların əli ilə hakimiyyət əlimizdən alınıb, ana vətən olan Azərbaycan parçalanıb, müstəmləkə halına düşürülükdən sonra 21 Azərlə milli dövlətçiliyimizin bərpasına çalışılmışdır. Təkrar yadların əli ilə qan dəryasında boğulan 21 Azərin xatirəsi millətimizin yaddaştında yaşamaqda və yaşadılmaqdadır.

Bu il 21 Azərin 74-cü ildönümü ərəfəsi qabaqkı ildönümlərindən fərqilənir. Müstəmləkəçiـ irqçi Tehran rejimi ölkəni düşürdüyü iqtisadı, siyasi və ictimai böhranın baş alıb getməsi, İran adlanan millətlər dusdağında indilik yaşamaq zorunda olan millətlərin düzümünü tükətmiş, səbir kasaslarının daşmasına səbb olmuşdur. Ölkə patlayış içinə sürüklənməkdədir, sıravı vətəndaşlar günlük çörəkələrini tapmaqda belə çətinlik çəkirlər , yoxsulluq baş alıb getməkdədir.

Doğma vətənimiz Azərbaycanda millətimiz bu ağır və çıxılması mümkün olmayan böhranın yükünü daşımaqla yanaşı, üstəlik sözdə müsəlman ırqçı , panfarsizm, müstəmləkəçi və terrorist Tehran rejiminin basqıları da buna əlavə edilməkdədir. Bu son günlərdə olan ümumi etirazlar sözdə müsəlman, həqiqətdə din və bəşəriyyət düşməni olan rejimin apardığı siyasətlərin nəticəsidir. Rejimin vəhşiliklərinə baxmıaraq millətimiz başqa millətlərlə birgə bu ümumi etirazlara qatılımaqla yanaşı, öz milli haqlarını əldə etmək üçün istəklərini də dilə gətirmişdir. Yәni mübarizənin yeni bir mərhələsinə ayaq basmışdır. Buna gürə də bu il 21 Azərin ildönümü qabaqkı 21 Azərlərdən fərqilənir. Gürünür ki , milli qüvvələrimiz təşkılatlanaraq əzmli şəkildə hərəkət edərək qurtuluş mübarizəmizi sürdürməkdədirlər, bu savaşın davamı olaraq:

Biz istiqlalçılar Azərbaycanımızda imkan daxilində irançılıq və farsçılq simvollarını yox etməyə çalışıb, yerinə milli simvolları quymalıyıq:

– Küçə , məhəllə , xiyabanlarda fars adlarını silib (qaralayıb) türk adlarını , milli şəxsiyyətlərimizin adlarını yazmalı yiq.

– İrqçi, müstəmləkəçi və işğalçı rejimin sözdə rəhbərinin basqıcı terrorist komitələrinin yenidən qurulmasına qarşı, hər məhəllədə dirəniş komitələrin yaradaraq millətimizi fars və kürd cinayət və soyqırımlarına qarşı qorumalıyq.

– İşğalçı rejimin asimilyasiya siyasətinə qarşı, iş adamları və vətənsevərlərimizə büyük iş düşür. İndiki rejim dövlət imkanları ilə ana dillimizin öyrənəməsinə qarşı çıxır, özəl məktıblər açıb və ona yüksək qatılmamız ilə varlığımıza sahib çıxdığımızı göstərməliyik.

– 21 Azərdə milli geyimlərimizi geyməyə cəhd etməliyik.

– Fars radio ـ televiziyalarının yerinə azərbaycanımızın və türk kanalarını seyr edilb , təbliğ etməliyik. İran fars qəzet, jurnal və sitələrini baykot etməliyik.

– Milli quruluşlarımızın içində şəxsi ixtilafları bir yana qoyub, milli hədəf uğrunda yaxın əməkdaşlığa getməliyik. Rejimin parçalama siyasətinə qarşı qoymalıyq.

– Dövlətçiliyimizin simvolu olan 21 Azərdə birـ birimizə təbrik deyib, təbrik kartları göndərəməliyik, bu münasibətlə böyüklərə və uşaqlara türk dilində olan kitabları hədiyə etməliyik.

– Vətənimiz Azərbaycanın azadlığı və bağlısızlığı uğrunda canlarını qurban verən şəhidlərin basırıqlarını (məzarlarını) ziyarət edib çiçək qoymalıyıq. biz istiqlalçılar bütün varlığımızla millətimizə, və onun sarsılmaz iradəsinə inanır və millətimizin öz istiqlalını əldə edəcəyinə əminiək!

Eşq olsun vətənimiz Azərbaycanın azadlıq və müstəqilliyi uğrunda savaşanlara!

Yaşasın milli dövlətçiliyimizin simvolu olan 21 Azərin ulu xatirəsi!

Güney Azərbaycan İstiqlalçılar Birliyi

Həmçinin yoxlayın

Fars molla rejimindən regionun milyonlarla günahsız insanına qarşı terror

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çindən koronavirus gətirib Qumda yayan və karantin etmədiyi …

NATO Türkiyənin haqlı mövqeyini dəstəklədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Türkiyənin tələbi ilə keçirilən NATO-nun fövqəladə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir