Cümə axşamı , Oktyabr 24 2019
azfa

22 Bəhmən münasibətilə Güney Azərbaycan İstiqlalçılar Biriliyinin bildirirşi

22 bəhmən 1357-ci il İran adlanan yerdə şahlıq rejimini devirən  hərəkat, əslində Güney Azərbaycan Türkünün milli hökumətimini ordu gücü ilə  yıxıb toprağımızı işğal edən  pəhləvi başçılığı ilə İran işğalçı rejiminə üsyan idi. Bu üsyan başkənd Təbrizdə 29 bəhmən 1356-cı il işğalçı fars rejiminə vurduğu ölümcül yumruqdan başlayaraq şəhidlərimizin intiqami kimi  dəyərləndirilməlidir.

50 mindən aşqın Azərbaycanlını qetl və toprağımızı işğal edib silah gücü ilə  hökm sürən pəhləvi rejimi her şeyi bitmiş hesab etdiyi bir anda qəhrəman Türk millətinin üsyanı ilə möhkem  titrədi.

Baxmıyaraq ki, Pəhləvi rejimi bütün gücü ilə qəddarcasına  şəhərə ordu yeridib üsyanı basdırmağa calışdı, ancaq xalqın iradəsini sındıra bilmeyib, qisa zamanda Azərbaycanın bütün şəhərləri kimi İran adalanan yerin də başqa şəhərlərinə sıçrayıb və hər yerə yayılaraq, böyük inqilaba  çevirilib. Nəhayət 22 bəhmən 1357-də Şahlıq dövrünə son qoydu.

Şah rejiminin çevirlişi ilə Azərbaycan Türkü Güney Azərbaycanın bütün sahələrdə  kontrolunu ələ alıb və demokratik atmosfer yaradaraq xalqın təhlükəsizliyi və asayişini  sağlamışdır.

Nə yazıq ki, milli hökumət dönəmində olduğu kimi İran mərkəzi hökumətinə qarşı ciddi tədbirlər alınmamasından dolayı Azərbaycan Türk milləti qətliam edilərək, fars şiə irticaçı rejimi yenidən topraqlarımızı işğal edib və bütün sərvətlərimizi  qarət etməşdi.

Məhz buna görə də bu gün Güney Azərbaycan milli hərəkatı sırf istiqlal məqsədilə  ayağa qalxıb və İran mərkəzli hərəkatlardan müstəqil hərekat etməkdədir.

Güney Azərbaycan İstiqlalçılar Birliyi  22 bəhmən inqilabının qələbəsini  təbrik edərək bu hadisələrin bir daha da başımıza gəlməməsi üçün, mübarizəmizin müsadirə olunmamamsı üçün yenidən qətliam və işğala məruz qalmamamız üçün bütün azerbaycnlıları istiqlal mucadiləsi uğrunda Güney Azərbaycan İstiqlalçılar Birliyinə qatılaraq təşkilatlanmağa cağırır.

Red olsun İşğalçı İran fars rejimi

Var olsun müsteqil Güney Azərbaycan

Güney Azərbaycan İstiqlalçılar Birliyi

18 bəhmən 1396

Həmçinin yoxlayın

Təbrizin kənar hissəsində yerin çökməsi ilə qədim şəhər qalıqları üzə çıxdı-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Təbrizin Heydərabad məhəlləsində Mələkuti Dükanları kimi …

Türkiyə-Suriya sərhədində Təhlükəsizlik bölgəsi yaradılıdığı bildirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir