Çərşənbə axşamı , İyul 14 2020
azfa

30 min terrorçu Türkiyəni hədəf seçə bilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İŞİD sıralarında döyüşməyə gedən 30 minə qədər əcnəbi terrorçu hələ də sağdır. Bu haqda BMT müşahidəçilərinin hazırladığı hesabatda deyilir.

Hesabata görə,Türkiyə İŞİD terrorçularının qaçmağa çalışacağı ölkələrdən biridir. Qeyd edilir ki, sözügedən terrorçular yaxın gələcəkdə beynəlxalq problemə çevrilə bilər. Bəzilərinin “Əl-Qaidə”, bəzilərinin isə yeni yarana biləcək digər terror təşkilatlarına daxil ola biləcəyi bildirilir.

BMT müşahidəçiləri hesab edirlər ki, onlardan bəziləri yeni terror təşkilatlarının liderlərinə çevrilə bilər.

Bildirilir ki, 2015-2016-cı illərdə yüzlərlə dinc sakinin qətlə yetirildiyi Türkiyə, Fransa, Belçika və Almaniya kimi ölkələrdə terror aktlarının sayı minimuma düşsə də, Avropa üçün təhdid səviyyəsi yüksək qalmaqda davam edir.

Həmçinin yoxlayın

Sayın Mikayıl Oyta Ermənistanın Azərbaycana yeni hərbi təcavüzü ilə bağlı Avstraliya XİN və BMT baş katibinə müraciət edib-Foto

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Asosiyası Prezidenti və GADTB Beynəlxalq Əlaqələr …

Rejim irqçilik simvolu olan Firdovsinin heykəlinin götürülməsi xəbərini yayan azərbaycanlı jurnalisti həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin terrorçu Sepahının təhlükəsizlik bölməsi irqçilik …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir