31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür

GADTB: Bu gün 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın sonlarında ikiyə bölünmüş Azərbaycan türk millətinin bir-birinə qovuşması məqsədilə Araz boyu sərhədlərin sökülməsi zamanı qoyulub. Quzey və Güney Azərbaycandan azərbaycanlılar 70 illik həsrətdən sonra həmin gün bir-biri ilə qucaqlaşıb həsrətə son qoydular.

O hadisələrin şahidlərinin sözlərinə görə, “Berlin divarı”nın sökülməsindən sonra parçalanmış xalqların birləşməsi ideyası Azərbaycanda da möhkəm kök salmışdı. Həmin vaxt həm Azərbaycan Sovet Sosialist Respublikasında, həm də Güney Azərbaycanda yaşayan eyni xalqa mənsub insanlar tikanlı sərhəd məftillərini söküb bir-birlərinə sevgilərini bildiriblər.

Elə həmin tarixdə İstanbulda, Dünya Azəri Türk Dərnəyinin birinci qurultayında dekabrın 31-nin azərbaycanlıların həmrəyliyi günü kimi qeyd olunmasına dair qərar verilib.

1991-ci ilin dekabrın 16-da Azərbaycan parlamentinə qərarın qəbul olunması təklifi edilib. 1992-ci ildə 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edilməsi ilə bağlı Əbülfəz Elçibəy hökuməti qərar qəbul edib. Həmrəylik günü dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilir, Azərbaycan Respublikasında isə dövlət bayramıdır.

Hazırda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar müxtəlif tədbirlərlə bu birlik və həmrəylik bayramını qeyd edirlər. Azərbaycan Respublikasında isə dövlət bayramıdır.

dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Müxtəlif mənbələrin məlumatlarına görə, Güney Azərbaycanda 35-40  milyon azərbaycanlı var. O cümlədən, Rusiya, Türkiyə, Almaniya, Fransa, Böyük Britaniya, Skandinaviya ölkələrində, ABŞ-da, Yaxın Şərq ölkələrində böyük azərbaycanlı icmaları fəaliyyət göstərir.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın