Bazar ertəsi , Aprel 22 2019
azfa

7 ölkə Türkiyəyə qarşı 100 il əvvəlki dəhşətli düşmənçilik planını işə saldı

GADTB-nin Mətbuat Mərkəzinin Publika.az-a istinadən yaydığı məlumata görə, Türkiyə Suriyanın Münbiç şəhəri və Fəratın şərqində terror təşkilatlarına qarşı hərbi müdaxiləyə hazırlaşdığı bir vaxtda, 7 ölkə öz qüvvələrini bölgəyə yerləşdirmək üçün hərəkətə keçib.

İŞİD terror təşkilatı ilə mübarizə çərçivəsində qurulmuş koalisiya qüvvələrinin 79 üzvünün Vaşinqtonda təşkil edilən toplantısından sonra 7 ölkənin – ABŞ, Misir, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı və İngiltərənin xarici işlər nazirləri xüsusi konfrans keçirdilər. Konfransın nəticəsi olaraq ortaq bəyannamə yayımlanıb. Bəyannamədə Türkiyənin bölgədə qeyri-sabitlik yaradan qüvvə olduğu iddia edilib.

Daha əvvəl isə Amerikanın “Wall Street” jurnalı ötən həftə yayımladığı xəbər bildirmişdi ki, ABŞ Suriya-Türkiyə sərhədində yaradılması planlaşdırılan təhlukəsizlik zonasını qərb müttəfiqlərindən ibarət yeni qüvvəyə təhvil vermək istəyir.

Bu xəbərləri və 7 ölkənin ortaq bəyannaməsini şərh edən Türkiyənin “Yeni Şəfəq” nəşrinin siyasi şərhçisi İbrahim Karagülun sözlərinə görə, Fəratın şərqi Türkiyə üçün bir gələcək məsələsinə çevrilib.

“Fərat Qalxanı” və Afrin əməliyyatı ilə Aralıq dənizi qapısı bağlanan terror dəhlizi Fəratın şərqində hələ də qalır. Terror dəhlizinin şərq darvazası terror təşkilatları və qeyri-regional qüvvələrin işğalı altındadır. Niyyətləri bəllidir, hədəfləri müzakirəsiz Türkiyədir. Ölkənin gələcəyinin təmin edilməsi üçün bu dəhliz dağıdılmalıdır”, – o deyib.

ABŞ-ın Suriyadan çıxma bəyanatını bir oyun olduğunu deyən Karagül qeyd edib ki, Suriya savaşı əslində bu layihə üçün başladılıb:

“Bu savaş Türkiyənin ərəb-islam dünyası ilə bütün bağlarını qoparmaq üçün planlanıb. Bu bir mühasirə planıdır. Yüz il əvvəl qarşımızda olan hər kəs indi bu mühasirəyə qatılmaqdadır. Bunu lap əvvəldən söylədim: bu qurşağa Türkiyə xaricində heç bir güc və ya heç bir təşkilat hakim olmamalıdır. Bunun xaricindəki bütün ehtimallar Türkiyə üçün bir faciə olacaq. Məsələ PKK məsələsi deyil. Məsələ terror məsələsi də deyil. Bu, etnik bir məsələ də deyil. Bu qurşaqda çoxmllətli bir işğal gücü var, bu işğal hər gün güclənəcək və müdaxiləsi mümkün olmayan bir hal alacaq. İran sərhədindən Aralıq dənizinə qədər uzanacaq, zamanla Xəzəri Fars körfəzinə bağlayacaq, Şərqi Qara dənizə də yayılacaq böyük bir geosiyasi plan həyata keçirilir”.

Siyasi şərhçinin sözlərinə görə, Fəratın şərqində 7 ölkənin ordusu yerləşdirilərsə, Türkiyə üçün əsl təhlükə o zaman başlanacaq.

“Ediləcək tək bir şey, atılacaq tək bir addım qaldı: sözügedən yeddi ölkə Suriyanın şimalına, Fəratın şərqinə əsgər yerləşdirmədən Türkiyə təcili və tərəddüdsüz müdaxilə etməlidir. Bunu etməsək, bir daha edə bilməyəcəyik. Vəziyyət ağırdır. Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə, bir gün gözləmədən müdaxiləyə başlamalıdır. Mümkünsə bu gecə. Yeddi ölkənin Fəratın şərqinə əsgərini göndərməsi Türkiyə qarşı savaşın ilk cəbhəsinin açılmasıdır. Oyanın!”, – Karagül yekunlaşdırıb.

 

Həmçinin yoxlayın

Rejimin məhkəməsi azərbaycanlı fəal Səccad Monadinin 1 illik həbs cəzasını təsdiqlədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildə yerləşən Apelyasiya Məhkəməsi azərbaycanlı …

GADTB və GAİB başqanı sayın Əjdər Tağızadənin “Bütöv Azərbaycan ideyasında Güneyin yeri” mövzusunda SavTV-də çıxışı -Video

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney Azərbaycan İstiqlalçılar Birliyi (GAİB) başqanı sayın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir