Şənbə , Aprel 20 2024
azfa

70 mindən çox azərbaycanlı tərəfdar milli şüarlar səsləndirdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən 2018-ci il noyabr ayının 9-da Təbrizin Səhənd stadionunda  super liqa yarışlarının 12-ci həftəsində “Traxtur” futbol komandası ilə İsfahanın “Zob Ahən” komandası qarşılaşıb.

Güney Azərbaycanın “Traxtur” komandasının tərəfdarları bu dəfə də oyunun 15-ci dəqiqəsində “Türk dilində mədrəsə – Olmalıdır hər kəsə” şüarı səsləndiriblər. Azərbaycanlı tərəfdarlar həmçinin “Azərbaycan var olsun-istəmiyən kor olsun” və “Yaşasın Azərbaycan” şüarları səsləndiriblər.

Həmçinin “Traxtur” tərəfdarları Urmiya gölünün qurudulmasına etiraz edərək, “Urmu gölü canımdır – Türk dili varlığımdır” yazılmış banner nümayiş etdiriblər. Onlar beləliklə, Urmiya gölünün bərpasını və türk dili dilinin tədrisini tələb ediblər.

Bundan əlavə xanımların stadioma giriş rejim tərəfindən qadağasının qaldırlması üçün tərəfdarlar vasitəsilə yazılmış şüarlar nümayiş etdirilib.

Qeyd edək ki, yarış 4:1 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.

Həmçinin yoxlayın

Türkiyə Azərbaycan və Ermənistan arasındakı anlaşmanı alqışladı

GADTB: Türkiyə Azərbaycan və Ermənistan arasındakı 4 kəndin qaytarılmasına dair anlaşmanı alqışlayıb. Türkiyə Xarici İşlər …

Molla rejimi həbs etdiyi Kərim İsmayılzadəyə dərmanlarının çatdırılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Kərim Bokserin dərmanlarının zindanda ona …

Bir cavab yazın