AAA və GADTB Avstraliyada Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı aksiya keçirdi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Astraliya-Azərbaycan Assosasiyası və GADTB-nin Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta və GADTB Maliyyə Departamentinin sədri sayın Sima xanımın  təşkilatçılığı ilə fevral ayının 25-də Avstraliyanın Sidney şəhərində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı aksiya keçirildi. Aksiyada avstraliya əhalisi üçün Xocalı soyqırımı tanıtdırılmış və ermənilərin Xocalıda Azərbaycan türklərinə qarşı törətdiyi dəhşətli soyqırım barədə ətraflı məlumat verilmişdir. Şəhərin mərkəzi parklarının birində təşkil olunan aksiya şəhər əhalisinin rəğbətinə səbəb olmuşdur.

Aksiyadan bir neçə şəkli təqdim edirik:

 

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın