Cümə axşamı , Aprel 25 2024
azfa

Aazərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmirad məzuniyyətə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmirad Tehranın Evin zindanından məzuniyyətə buraxılıb.

İrqçi fars rejim Cəfər Rüstəmirad 2018-ci ilin iyul ayında “Babək Qalası Qurultayı”nda iştirak etmə ehtimalı ilə rejimin təhlükəsizlik qüvvələri tərəfindən şərlənərək yaxalanmışdır. Rejimin Tehrandakı İnqilab Məhkəməsinin 26-cı şöbəsi fəalı 6 ay həbsə məhkum edib və Tehran Apelyasiya Məhkəməsinin 36-cı şöbəsi qərarı qüvvədə saxlayıb.

Fəal həmçinin 7 ay əlavə həbsə də məhkum edilib. O 2013-cü ildə Güney Azərbaycanın “Traxtur” və Birləşmiş Ərəb Əmirliklərinin “Əlcəzirə” komandalarının yarışı zamanı stadionda yaxalanmışdır. Fəal həmin dosyeyə görə 7 ay azadlıqdan məhrum edilib.

Hazırda azərbaycanlı fəal 7 aylıq həbs cəzasını çəkib və 6 ay əlavə həbs cəzası çəkməlidir.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın