Abbas Lisani özü barəsində hazırlanan dosyenin xülasəsini almasa aclıq aksiyasına başlayacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin Ərdəbildə zindana saldığı tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani ailəsilə qısa telefon əlaqəsi zamanı aclıq aksiyasına başlayacağı barədə xəbərdarlıq edib.

Azərbaycanlı fəal bildirib ki, gözlənilən məhkəmədə özünü müdafiə etməyə hazırlıq məqsədi ilə vəkili tərəfindən hazırlanıb zindana təhvil verilən dosyenin xülasəsi ona təqdim olunmayacağı təqdirdə 48 saat sonra, yəni mayın 27-də aclıq aksiyasına başlayacaq.

Ərdəbil zindanının təhlükəsizlik bölməsinin rəisi Surazər tələb olunan vərəqələrin fəala göstərilməsinə mane olur. Abbas Lisani bu maneçiliyi özünə qarşı qurulan ssenarinin tərkib hissəsi olduğunu açıqlayıb.

Qeyd edək ki, azərbaycanlı fəal Abbas Lisani mərhum Həsən Dəmirçinin dəfn mərasimində etdiyi çıxışla bağlı şərlənərək, “Sistemə müxalif olan qrupların xeyirinə və sistem əleyhinə təbliğat aparmaq”da ittiham olunaraq, 10 ay həbs cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın