Cümə axşamı , Dekabr 3 2020
azfa

Abdullah Səduqi və Əkbər Mühaciri vəsiqə qarşılığında zaminə buraxılıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə İranın yaxaladığı türk fəallar Abdullah Səduqi və Əkbər Mühaciri Təbriz həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılıblar. Hər iki fəalın mühakimə prosesi Təbriz İnqilab Məhkəməsində davam edəcək.

Siyasi fəallar çərşənbə günü mülkü zəmanət qarşılığında azad edilib.

İranın təhlükəsizlik qüvvələri Abdullah Səduqini sentyabrın 23-də evində nəzarət altına almışdılar. Onun hansı ittihamlar üzündən saxlanıldıqğına dair məlumat verilməyib.

Əkbər Mühaciri isə oktyabrın 17-də Qarabağa dəstək mitinqləri ilə əlaqədar həbs edilmişti.

Təbrizdə keçirilən aksiyada İran-Ermənistan sərhəd məntəqəsinin qapadılması tələb edilib

Oktyabrın 18-də Təbrizdə çoxsaylı insanın iştirakı ilə keçirilən Qarabağa dəstək aksiyasında “Qarabağ bizimdir, bizim olacaq”, “Ermənistana himayət, cinayətdir, cinayət” və “Təbriz, Bakı, Ankara, Salam olsun Turana!” kimi şüarlar səsləndirilmişdi. İştirakçılar həmçinin “gəl qardaşım meydana, silah gedir İrəvana, Azərbaycan yan-yana, Nurduz gərək bağlana” şüarını səsləndirərək İran və Ermənistan arasındakı Nurduz sərhəd-keçid məntəqəsinin qapadılmasını tələb etmişdilər.

Əkbər Mühaciri və bir çox digər fəal mitinqdən bir gün öncə evlərində nəzarət altına alınmışdılar. Tutulanların bir neçəsi hələ də nəzarətdə saxlanılır.

Sentyabrın 29-dan bəri İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə keçirilən Qarabağa dəstək mitinqləri ilə əlaqədar ən azı 200 nəfər saxlanılıb. Oktyabrın 17 və 18-də Təbrizdə mitinqlərə çağırış edən bir çox türk fəal İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb. Bəzi vətəndaşlar isə mitinq zamanı saxlanılıb.

Mitinqlərdə saxlanılan fəalların bir çoxu mülki zəmanət qarşılığında sərbəst buraxılsa da, onların haqqında başladılan mühakimə prosesi davam edəcək.

Həmçinin yoxlayın

Azərbaycanda Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanda Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyi …

Azərbaycanda Zəfər Gününün tarixi dəyişdirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanda Zəfər Gününün tarixi dəyişdirilib. Bu barədə Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir