Çərşənbə , Aprel 24 2024
azfa

ABŞ Ankaraya “Patriot” raketlərin satışını təklif etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Türkiyəyə “Patriot” hava hücumundan müdafiə sistemlərinin satışı ilə bağlı təklif verib.

ABŞ-dan gələn nümayəndə heyəti Ankarada Müdafiə Sənayesi İdarəsi, XİN və Müdafiə Nazirliyindəki həmkarları ilə danışıqlar aparır.

Danışıqlar zamanı ABŞ hökumətinin “Patriot”ların satışı ilə bağlı təklifi Türkiyə tərəfinə bildirilib. Türkiyə tərəfinin sistemin qiyməti və texnologiyasının paylaşılmasına dair gözləntiləri ABŞ rəsmilərinin nəzərinə çatdırılıb.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti 3.5 milyard dollar dəyərində “Patriot” sistemlərinin Türkiyəyə satışına 19 dekabr tarixində icazə vermişdi. Rəsmi Ankara “Patriot” sistemlərinin satışı üçün Moskva ilə bağlanmış S-400 müqaviləsinin ləğv edilməsinin ilkin şərt kimi irəli sürülməsinə etiraz etmişdi.

Həmçinin yoxlayın

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Azərbaycan Prezidenti Ermənistanın silahlandırılmasından danışdı

GADTB: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Bu sözləri …

Bir cavab yazın