Cümə axşamı , Mart 28 2024
azfa

ABŞ Çinə qarşı Türküstana üz tutur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Gazeta.ru” saytında dərc edilən məqalə bildirilir ki, Rusiya Qazaxıstandakı təsirini itirir. Bunu ABŞ Dövlət katibi Mayk Pompeonun Avrasiya turnesi göstərdi. İndi keçmiş sovet respublikasının ən yaxşı dostu ABŞ-dır və Moskva Vaşinqtona Qazaxıstandakı investisiyalarının səviyyəsinə görə kəskin şəkildə uduzur.

Məqalədə Pompeonun Belarus, Özbəkistan və Qazaxıstana ardıcıl səfərlərinə diqqət çəkilib:

“2005-2018-ci illərdə Qazaxıstana yatırılan investisiyaların həcminə görə ilk üçlükdə Niderland (80 milyard dollar), ABŞ (33,7 milyard dollar) və İsveçrə (30 milyard dollar) qərarlaşıb. Reytinqdə növbəti yerləri Britaniya, Fransa və Belçika tutub. Ölkə iqtisadiyyatına son 26 ildə 121 ölkədən investisiya yatırılıb.

Qazaxıstanda öz biznesini inkişaf etdirməkdə maraqlı olan investorların ilk beşliyində Rusiya yoxdur. Son illər Çin Qazaxıstanın nüfuzlu xarici ticarət tərəfdaşına çevrilir. Çin 2005-2019-cu illərdə Qazaxıstan iqtisadiyyatına 26 milyard dollar yatırıb. 2005-2018-ci illərdə Rusiyanın Qazaxıstan iqtisadiyyatına investisiyası isə cəmi 14 milyard dollar olub.

Keçən ilin noyabrında Omskda Vladimir Putin Qazaxıstanın ən yaxın tərəfdaşının Rusiya olduğunu dedi. Bununla belə Omskda imzalanan müqavilənin həcmi cəmi 40 milyon dollar təşkil edirdi. Yəni Rusiya ən yaxın tərəfdaşı ilə əməkdaşlığını yaxın zamanlarda milyardlarla yox, milyonlarla gücləndirməyə hazırlaşır”.

Sayta açıqlama verən rusiyalı ekspert Qazaxıstana hazırda yüksək texnologiyaların gərəkli olduğunu və bunu onun üçün Rusiyanın təmin edə bilməyəcəyini söyləyib:

“Qazaxıstanda Rusiyanın “Lukoyl”, “Rosatom”, KAMAZ şirkətləri kifayət qədər aktivdir. Aydındır ki, Rusiya şirkətlərinin investisiya imkanları ABŞ-la müqayisədə daha azdır”.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın