Cümə , Aprel 19 2024
azfa

ABŞ-da bəşəriyyəti koronavirus bəlasına düçar edən Çindən qisas planı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-da bəşəriyyəti koronavirus bəlasına düçar edən Çindən qisas planı hazırlanıb.

“Vaşinqton Post”-un yaydığı məlumata görə, ABŞ-ın yuxarı dairələri səviyyəsində koronavirus pandemiyasına görə Çinin məsuliyyətə cəlb edilməsi üçün plan hazırlanır.

Bildirilib ki, Vaşinqtonun əsas məqsədi pandemiyaya görə Pekindən kompensasiya almaqdır.

“Qisas” planında yer alan maddələrdən birində ABŞ-ın Çin qarşısında olan bəzi iqtisadi öhdəliklərdən imtina etməsi nəzərdə tutulur.

Məhz bu planla bağlı artıq ABŞ-ın bəzi yüksək vəzifəli şəxslərinin, o cümlədən xüsusi xidmət orqanlarının iştirakı ilə toplantı da keçirilib.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın