Çərşənbə , Aprel 24 2024
azfa

ABŞ Həmədanda yəhudilərin müqəddəs türbələrinin yandırılmasını pisləyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Həmədanda yəhudilərin müqəddəs mərkəzlərinin yandırılmasını pisləyib.

ABŞ-ın Antisemitizm məsələləri üzrə nümayəndəsi İ.Skots Kar Həmədanda yəhudi türbəsinin yandırılmasını pisləyib.

Qeyd edək ki, Böhtana Qarşı İttifaqın rəisi Conatan Qrinblat Həmədanda yəhudilərin müqəddəs məkanı Ester və Murdexay türbəsinin yandırıldığını bildirib.

Hadisəninin şahidi olan bir nəfər Amerikanın Səsinə deyib ki, yanğınsöndürən maşinları bu məqbərəyə sarı gediblər və bu məkanda adi camaatın toplaşmalarına icazə verilmir.

Conatan Qrinblat dünən öz Tvitter hesabında yazıb: “əldə etdiyimiz məlumatlara əsasən yəhudilərin bu müqəddəs məkanı yandırılıb. Ümid edirik ki, rəsmilərin ədalətin bərqərar olması və müqəddəs məkanların qorunması üçün öhdəliklərini yerinə yetirəcəklər”.

Həmçinin yoxlayın

İran mediası Azərbaycana qarşı təbliğatı davam etdirir

GADTB: Tinn.ir saytı “Müqəddəs Sarkis kilsəsindən Zəngəzur dəhlizinə fərqli və şok edici etiraz” adlı  qərəzli …

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Bir cavab yazın