ABŞ-ın hücumundan son anda qurtaran irqçi fars rejim yenə ABŞ-a hədə qorxu gəlir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın hücumundan son anda qurtaran irqçi fars rejim yenə ABŞ-a hədə qorxu gəlir.

Hərbi-Dəniz Qüvvələrinin komandiri Hüseyn Xanzadi Fars Xəbər Agentliyinə deyib ki, “Lazım gəlsə, yenə vuracağıq”.

ABŞ ordusuna aid pilotsuz uçuş aparatının Hörmüz boğazının hava məkanında məhv edilməsi haqqında danışan komandir bildirib ki, bu, ABŞ-a və İranın düşmənlərinə sərt cavabdır: “Düşmən (ABŞ) ən inkişaf etmiş texnologiyaya sahib pilotsuz uçuş aparatını qadağan olunmuş bölgəyə göndərdi və onun məhv edildiyini gördü. Açıq şəkildə elan edirik ki, eyni cəhdin təkrarlanacağı təqdirdə düşmənə verilən bu sərt cavab təzələnəcək. Düşmən bunu bilir”.

Qeyd edək ki, rejimin terrorçu İnqilab Keşikçiləri Korpusu ötən həftə Hörmüz boğazının hava məkanında ABŞ ordusunun “RQ-4C Global Hawk” pilotsuz kəşfiyyat təyyarəsini vurmuşdu.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın