Şənbə , Mart 23 2019
azfa

ABŞ İran adlanan ölkəyə görə Suriyadan tam çıxmır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ prezidenti Donald Trampın Suriyadan qoşunların çıxarılması qaydasına bəzi dəyişiklik edəcəyi xəbəri regiondakı proseslərə təsirsiz ötüşməyə bilər.

Çünki ABŞ-ın Suriyada hərbi iştirakının davam etməsi Rusiya, İran və Türkiyə ilə geosiyasi rəqabətin artması deməkdir.Ancaq söhbət ABŞ-ın Menbiçdə və Fərat çayının sağ sahilindəki hərbi bazalarından getmir.ABŞ həmin bölgələrdən hərbi kontingentini çıxaracağına dair qərarı artıq qəbul edib.

Lakin Ağ Ev və Pentaqon Suriyanın cənub-şərqində, İordaniya sərhədindəki Ət-Tanf hərbi bazasının boşaldılmasında tərəddüd edir. ABŞ Ət-Tanf bazasında bir neçə hərbi hissəni saxlamağı düşünür.Əgər qoşunların Suriyanı tamamilə tərk edəcəyinə dair qərar verilsə belə, bu baza ən sonda boşaldılacaq.Bununla bağlı ABŞ mediasının yaydığı xəbərdə qeyd edilir ki, hazırda Tramp administrasiyasında bu istiqamətdə aktiv müzakirələr gedir.Prezidentin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton əsgərlərin həmin bazanı tərk etməsinə qarşıdır.Onun fikrincə, əgər bütün hərbçilər bazada qalarsa, bu, İranın Suriyadakı mövqelərinin möhkəmlənməsinin qarşısını alacaq.

Xatırladaq ki, hazırda Suriyada 3 min ABŞ hərbçisi var. Əslində, Ət-Tanfda amerikalı əsgərlərin qalmasında həm Birləşmiş Ştatların, həm də İordaniyanın maraqları var. Adıçəkilən Suriyadakı münaqişənin İordaniya ərazisinə keçməsinin qarşısının alınmasında mühüm rola malikdir. ABŞ-ın Ət-Tanf hərbi bazasını tərk etməsi rəsmi Əmman üçün o qədər də arzuolunan deyil.Ona görə də İordaniyanın xarici işlər naziri Ayman Sadafi ABŞ qoşunlarının çıxacağı təqdirdə, rəsmi Əmmanın Ət-Tanfı nəzarətə götürmək istəmədiyini deyib.Onun sözlərinə görə, rəsmi Əmman Suriya ilə sərhədi müdafiə edəcək, lakin Suriya ərazisinə keçməyəcək.Nazir əlavə edib ki, İordaniya öz sərhədlərini qorumaq üçün lazın olan bütün tədbirləri görür.Lakin Suriyanın daxilində və İordaniya ilə həmsərhəd bölgələrdə təhlükəsizlik məsələsi Rusiyanın və ABŞ-ın iştirakı ilə üçtərəfli formatda həll olunmalıdır.Lakin ABŞ-ın Ət-Tanf bazasından çəkilməsi İranın Suriyanın cənubunda fəallaşması ilə nəticələnə bilər.Belə ki, Ət-Tanf şərqdən İraq sərhəddinə yaxın olmaqla yanaşı, Dəməşqə gedən yolun üzərində yerləşir.Bu isə, İrana İraq istiqamətindən Suriyanın cənubuna hərbi müdaxilə etməyə şərait yarada bilər.Ona görə də ABŞ-ın strateqləri Ət-Tanf hərbi bazasını tərk etməməyi tövsiyə edir.

ABŞ həmin ərazilərdə təhlükəsizlik məsələsini Rusiyaya da etibar etmir.Bu, Rusiyanın bölgədə təsirini genişləndirməklə yanaşı, həm də müttəfiqi İranın da fəallığının artmasına şərait yarada bilər.Ekspertlər isə hesab edir ki, ən pis halda ABŞ hərbi bazanı tərk etdikdən sonra Ət-Tanfa İordaniya hərbçiləri yerləşdiriləcək və beləliklə hərbi bazanın idarəçiliyi Əmmanın ixtiyarına veriləcək.Lakin İranın buna reaksiyası çox güman ki, mənfi olacaq.

Həmçinin yoxlayın

Azərbaycanlı şair və fəal Hәbib Sasanian türkmənlərə yardıma çağırış etdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney azәrbaycanlı tanınmış şair vә milli-mәdәni fәal Hәbib …

ABŞ İran adlanan ölkələrin nüvə proqramı ilə bağlı bir çox şəxsə sanksiya tətbiq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ İran adlanan ölkələrin nüvə proqramı ilə bağlı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir