Cümə axşamı , Aprel 25 2024
azfa

ABŞ İran adlanan ölkəyə qarşı sanksiyalara qoşulmayan ölkələri hədələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ İran adlanan ölkəyə qarşı sanksiyalara qoşulmayan ölkələrin ünvanına hədə dolu bəyanat səsləndirib.

ABŞ-dan verilən bəyanatda İrana qarşı sanksiyalara qoşulmayan ölkələri növbəti sanksiyanın gözləyəcəyi bildirilir.

Bu barədə bəyanatı Dövlət Departamentində İran üzrə xüsusi nümayəndə Brayn Huk bu gün keçirdiyi brifinqdə səsləndirib.

“Biz gözləyirik ki, İranla əməkdaşlıq sahəsində ticarət aktivliyi noyabrda sıfır vəziyyətində olacaq. Ümid edirik ki, müttəfiqlərimiz sanksiya rejiminə əməl edəcəklər. Hesab etmirəm ki, əks təqdirdə ABŞ-ın növbəti sanksiya tətbiq edəcəyini xatırlatmağa ehtiyac var”,- deyə Departament rəsmisi vurğulayıb.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın