ABŞ İran adlanan ölkəyə sanksiyalarla bağlı açıqlama verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ BMT-nin Beynəlxalq Məhkəməsində İran adlanan ölkənin Vaşinqtonun sanksiyalarını ləğv etməsinə dair qaldırdığı işlə bağlı özünü qəti şəkildə müdafiə edəcək.

Bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

Mayk Pompeo deyib: “İranın Beynəlxalq Məhkəmədə qaldırdığı vəsatət ABŞ-ın qanuni addımlar atmaq, öz milli təhlükəsizliyinin müdafiəsi üçün gərəkli olan sanksiyaları yeniləmək haqqına müdaxilə cəhdidir. İran Beynəlxalq Məhkəmədən sui-istifadə etmək niyyətindədir. ABŞ İranla nüvə razılaşmasından sadə bir səbəbə görə çıxdı. Belə ki, bu razılaşma ABŞ xalqının təhlükəsizliyinə İran liderləri tərəfindən yaradılan risklərlə bağlı heç bir zəmanət vermirdi”.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın