ABŞ İran adlanan ölkəyə sanksiyalarla bağlı Türkiyəyə 180 gün vaxt verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Maliyyə nazirinin müavini Marşal Billinqslinin rəhbərlik etdiyi nümayəndə heyəti Ankara ilə İran adlanan ölkəyə qarşı sanksiyalar məsələsinin müzakirəsinə başlayıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Tərəflər ABŞ-ın İrana qarşı sanksiyaları və bunun Türkiyəyə təsirini müzakirə ediblər. İran Türkiyənin həm iqtisadi, həm də ticarət baxımından vacib qonşusudur. Buna görə də Ankara Vaşinqtonun Tehranla münasibətlərini diqqətlə izləyəcək” – deyə agentliyin Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəsi deyib.

Agentlik həmçinin Billinqslinin Ankarada jurnalistlərə verdiyi açıqlamalarına da diqqət yetirib. Belə ki, açıqlamalarında Billinqsli Türkiyə ilə danışıqların pozitiv formatda keçdiyini bildirib:

“Rəhbərlik etdiyim nümayəndə heyəti Türkiyənin ABŞ-ın müttəfiqi olduğunu nəzərə alaraq Ankaraya gəlib. İki ölkənin maliyyə nazirlikləri arasında sıx əməkdaşlıq var. Ankara ilə dünyada terrorizmin ən böyük sponsoru olan İranı müzakirə etdik. Türkiyə İranın qonşusudur və Tehranla ticarət məsələləri, sözsüz ki, Ankara ilə müzakirə edilməlidir. Çox az vaxtımız qalıb. Türk bankları və şirkətləri 180 gün ərzində özlərinin addımları haqqında düşünməlidir. Biz bu istiqamətdə dəqiq addımların şahidi olmalıyıq. Bizim qərarlarımız bundan asılı olacaq”.

 

 

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın