ABŞ İrana qarşı hərbi müdaxilənin masa üstündə olduğunu açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib ki, İrana qarşı hərbi müdaxilə masa üstündədir.

Onun sözlərinə görə ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hərbi güc tətbiqi imkanlarını da nəzərdən keçirə bilər.

 “İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə kim zəmanət verə bilər? Bunun cavabı nüvə razılaşması deyil. Tramp aydın şəkildə mesaj verdi ki, İran heç vaxt nüvə silahı almayacaq və bu ölkəyə qarşı hərbi variant hər zaman nəzərdən keçirilir”, – deyə o bildirib.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın