Şənbə , Aprel 20 2024
azfa

ABŞ İrana qarşı yeni sanksiyalarla bağlı xarici şirkətlərə 90 gün fürsət verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Reuters” xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi xarici şirkətlərə İrana qarşı yeni sanksiyalara əməl etmək üçün 90 günlük fürsət verir.

Məlumata görə, nazirlik xarici şirkətlərin İrana keçən həftə tətbiq olunan sanksiyalara əməl etməsi üçün 90 günlük zaman verdiyini açıqlayıb.

Üç aylıq müddət 9 apreldə başa çatacaq və ABŞ sanksiyalarına əməl etməyən şirkətlər bundan sonra Vaşinqton tərəfindən cərimələnəcəklər.

ABŞ Maliyyə naziri Stiven Mnuçin dövlət katibi Mayk Pompeo ilə konfransda İrana qarşı sanksiyaları müzakirə edib və sanksiyalar inşaat, ümran, mədənçilik, parça, metal və dəmir sənayesini hədəf alacağını söyləyib.

ABŞ Maliyyə Nazirliyi tərəfindən verilən açıqlamada iranlılar da sanksiyalar siyahısındadır.

Silahlı Qüvvələr Baş Qərargahının koordinatoru Əli Əbdullahi, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Məhəmməd Rza Aştiani, İran liderinin Beynəlxalq Rabitə Ofisi rəhbərinin müavini Möhsün Qomi, rəhbərliyin beynəlxalq rabitə müavini Mühsün Rzayi, Məsləhət Şurasının katibi Əli Şamxani, Bəsic Mustəzəfin Təşkilatının rəhbəri Qulamrza Süleymani ABŞ sanksiyalar listəsində yer alıblar.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın