Cümə axşamı , Aprel 25 2024
azfa

ABŞ İrana terroru dəstəkləməkdə yardımçı olanları cəzalandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ İrana terroru dəstəkləməkdə yardımçı olan bir neçə şəxsi və şirkəti qara siyahıya saldı.

ABŞ Maliyyə Nazirliyinin bununla bağlı bəyanatında deyilir ki, ABŞ İran üzrə “qara siyahı”ya iki Çin və bir Avstraliya vətəndaşını, həmçinin altı Çin və bir Avstraliya təşkilatını daxil edib.

Məlumata əsasən, Çin vətəndaşları və təşkilatları “qara siyahı”ya İranın “IRISL” nəqliyyat şirkətini dəstəklədiklərinə görə daxil ediliblər.

Bildirilri ki, Avstraliya vətəndaşı Əhməd Lukman Talib və ona məxsus olan şirkət terrorizmə maliyyə və maddi dəstək verdiyinə görə “qara siyahı”ya daxil ediliblər.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın